Çanaxçı məktəbinin tikintisini başa çatdırmaq üçün yeni tender elan olunub
Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu Çanaxçı məktəbinin tikinti işlərini davam etdirmək üçün 1 058 5454 lari dəyərində tender elan edib.

Yeni tenderin elan olunmasına birinci tenderdə müqavilə bağlanan şirkətin müqaviləyə əsasən götürdüyü öhdəlikləri yerinə yetirməməsi və müqavilənin dayandırılmasından sonra ehtiyac yaranıb. Tikinti başladıqdan sonra təxminən iki il ərzində obyektdə dəmir-beton tikinti işləri, dam örtüyünün dəmir qurğuları düzəldilib və divarlar tikilib.

Daxili və xarici üzlük, qapı-pəncərə və döşəmələr, daxili və xarici su təchizatı-kanalizasiya, istilik-havalandırma, ərazinin abadlaşdırılması və s. işlər həyata keçirilib.

60 şagird üçün nəzərdə tutulmuş Çanaxçı ictimai məktəbinin tikintisi ilə bağlı yeni tender 2022-ci ilin 19 sentyabrında elan olunub. Tenderdə iştirak etmək istəyən namizədlər 6-11 oktyabr tarixlərində təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 10 ay ərzində işləri yerinə yetirməli olacaq. İşlər başa çatana kimi isə müəllim və şagirdlər təhsillərini yenə vaqonda davam etdirməli olacaqlar.

Layihə ilə nəzərdə tutulub və əhatə edir:
  • 8 sinif otağı və 1 laboratoriya;
  • Müəllimlər otağı və rəhbərlik otağı;
  • Kitabxana və kompüter sinfinin ümumi otağı;
  • Şagirdlər, rəhbərlik və fiziki imkanları məhdud şəxslər üçün sanitar qovşaq;
  • Yeməkxana (Bufet) – (kiçik kənd məktəblərində (60 şagird) – şagirdlərin qidalanması üçün sahə ayrılmalıdır. Ən az bu əşyalar olmalıdır: 2 seksiyalı elektrikli soba, qabyuyan və soyuducu.
  • Xadimənin otağı, ayaqyolu və dezinfeksiya vasitələri ilə;
  • İstirahət guşəsi;
  • Qarderobu olan foye, dəhliz.
  • Açıq süni örtüklü idman meydançası
Print Email
FaceBook Twitter Google