Saimerlo bağçasının rəhbəri vəzifəsindən azad edilib
Marneuli bələdiyyəsinin Saimerlo kənd bağçasının rəhbəri vəzifəsindən azad edilib. Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov təsdiq etdi və bildirdi ki, Aza Xarşiladzenin bağça rəhbərliyindən azad edilməsinə səbəb bağçanın idarə edilməsi prosesində yol verilən səhvlərdir. Sonuncu səbəb isə bir neçə gün əvvəl, içməli suyun olmamasına görə bağçanın bir günlük bağlanması ilə əlaqədardır.

“Siz bilirsiniz ki, bağçanın bağlanması nə deməkdir və özbaşına belə qərar qəbul etmək yolverilməzdir. Ona qədər bir neçə nizam-intizam məsələləri ilə bağlı xəbərdarlıq edilmişdi və qərar qəbul etdik ki, onunla əməkdaşlığı dayandıraq. Bu daxili mətbəxdir və bunların hamısını açıq deyə bilmərəm. Onun səlahiyyətlərini həmin bağçanın tibb bacısı icra edəcək”.

Aza Xarşiladze “Marneuli” radiosu ilə söhbəti zamanı onun azad edilməsi ilə bağlı Uşaq Bağçaları Birliyinin arqumentini ədalətsiz adlandırır. O, qeyd edir ki, bağçada içməli su probleminin yaranması onun təqsiri deyil. Uşaq bağçalarına verilən xəbərdarlıqdan sonra birlik özü vaxtında reaksiya göstərməli idi.

“Su ilə əlaqədar mən heç bir yalan danışmırdım. Çünki əvvəlcədən su idarəsindən heç bir xəbərdarlıq olmamışdı və növbəti gün adi şəkildə suyun gələcəyini gözləyirdik. Səhər Soso İnadzeyə (Uşaq Bağçaları Birliyinin rəhbər müavini) zəng vurdum, saat 08:27 idi. Bildirdim ki, kənddə su yoxdur və nə isə tədbir görsünlər, uşaqları evə göndərməyək, vaxtında cavab vermədi. Ona qədər isə uşaqlar getmişdilər və bir neçə uşaq qalmışdı. Bağça yenə də bağlanmamışdı, ancaq yekun nəticədə belə yazılıb ki, uşaqların əksəriyyətini bağçaya qəbul etməmişik. Bunun üçün məni günahlandırırlar ki, bir gün əvvəl niyə xəbər etməmişəm. Əvvəlki gün adi rejimdə keçdi, su gəlirdi, günorta yeməyi də hazır idi və su kəsildi. Sonra isə birtəhər yola verdik, mən düşünməmişdim ki, növbəti gün su gəlməyəcək. Ona qədər bir dəfə xəbərdarlıq almışdım. Mənim Zaur və ya Edişerə qarşı heç bir etirazım yoxdur, Sosoya qəlbim qırılır ki, məsələni çətinləşdirib. Bağçada su gəlməyəndə bizim uşaqları evə buraxmaq hüququmuz var. Bu mənim işdən azad edilməyimə səbəb olmalı deyildi, onlar mənən bunu etməməli idilər”.

Aza Xarşiladzenin məktəbəqədər təhsil müəssisəsində 26 illik iş təcrübəsi var.

Print Email
FaceBook Twitter Google