Uşaqlarınız məktəbdə olan zaman nə yeyirlər
Heç düşünmüsünüzmü, uşaqlarınız məktəbdə olan zaman nə yeyirlər?

Nə dərəcədə sağlam qidalanırlar?

Uşaqların enerji içkiləri aldığını çox tez-tez görürük. Siz evdən onların ac qalmaması üçün verdiyiniz pulu necə xərcləyirlər? Məktəblərin əksəriyyətində yeməkxana yoxdur.

Belə halda uşaqlar məktəbdən kənarda yemək alırlar. Seçim isə əksər hallarda çipslər, qazlı içki və digər sağlamlığa zərərli məhsullar arasında edilir.

Kənarda satılan məhsullara görə məktəb rəhbərliyi, Təhsil Resurs Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi məsuliyyəti üzərinə götürmür.


 

Print Email
FaceBook Twitter Google