İctimai məktəb direktoru olmaq istəyənlər üçün sertifikatlaşdırma
prosesi başlayır. 2022-ci ilin 24 oktyabrından 4 dekabra qədər
qeydiyyatdan keçmək mümkün olacaq.
Marneuli bələdiyyəsindəki ictimai məktəb direktorlarının direktor
vəzifəsində qalmaqla bağlı 6 illik müddəti 2020-ci ildə başa çatıb.
74 məktəbi hazırda direktor səlahiyyətlərini icra edən şəxslər
idarə edir.
Direktor olmaq istəyənlər üçün sertifikatlaşdırmanın iki pilləsi –
test və müsahibə mərhələsi mövcuddur.
Sertifikat almaq istəyənlər müvafiq linkdə qeydiyyatdan
keçməlidirlər –
https://directors.mes.gov.ge
Ali təhsili olan Gürcüstan vətəndaşlarına sertifikatlaşdırma
prosesində iştirak etmək hüququ veriləcək. Onların ən az 3 illik iş
təcrübəsi olmalıdır.
2020-ci ildə elan edilmiş müsabiqə çərçivəsində artıq qeydiyyatdan
keçmiş şəxslər üçün yenidən qeydiyyata ehtiyac yoxdur.
Direktorluq istəyi olanlar üçün imtahan proqramı və test nümunələri
24 oktyabrdan qeyd olunan veb-səhifədə əlçatan olacaq:
https://directors.mes.gov.ge
Direktorluq istəyi olanların 26 oktyabrdan
https://el.ge veb-səhifəsində vebinar olaraq
məsləhət almaq imkanı olacaq. Məsləhət ala biləcəkləri mövzular
bunlardır:
- Məktəb direktoru standartı
- Təhsil keyfiyyətinin idarə edilməsi
mexanizləri
- Məktəbin strateji planlaması və inkişafı
- Məktəb kurrikulumunun hazırlanması
- Məktəb kurrikulumunun tətbiqi: şagirdə istiqamətlənmiş
proses
- Məktəb kurrikulumunun monitorinqi və
qiymətləndirilməsi
- İnsan resurslarının idarə edilməsi və
inkişafı
- İnsan və proseslərin təhlükəsizliyi
- Maddi və maliyyə resurslarının idarə
edilməsi
- Məlumat resursları və strateji ünsiyyət
- Şagird hüquqlarının müdafiəsi və onlara dəstək
tədbirləri
- Məktəb mədəniyyətinin yaradılması
Sertifikatlaşdırma ilə maraqlanan şəxslərin konkret sualları
elektron poçt ünvanına göndərmək imkanı olacaq–
CLOAKING
.