“Ölümdən sonar həyat” – Altı saylı məktəbdə Pirosmaninin 160 illiyinə həsr olunmuş tədbir keçirilib
22:43 / 11.11.2022
11 noyabr tarixində Marneuli altı saylı ictimai məktəbində Niko
Pirosmaninin 160 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir məktəbin qapısından, kostyumlu tamaşalarla başlayıb.
Qonaqları içəri daxil olmaq üçün şagirdlər müşayiət edirdilər və
yol boyunca Niko Pirosmani haqqında məlumat verirdilər.
Sərgilər foyedən başlayırdı. Şagird və müəllimlərin yaratdığı əl
işləri təqdim olunmuşdu. Niko Pirosmaninin yaradıcılğı barədə teatr
nümayişləri qurulmuşdu.
“Ölümdən sonra həyat” – altı saylı ictimai məktəbin gürcü dili və
ədəbiyyat müəllimi Nana Çubinidzenin hazırladığı layihə belə
adlanır. Layihə çərçivəsində məktəb tədbirlər zalında onlarla
qonağa ev sahibliyi etdi.
Pedaqoqun sözlərinə görə, tədbirin əsas qəhrəmanları şagirdlər,
Gürcüstanın gələcəyi olacaq insanlar idi.
“Bizim məktəb yeni məktəb modelinə qoşulub və qərar
verdik ki, layihə həyata keçirək. Layihə çərçivəsində belə bir şey
edək. “Nikalanın” (Niko Pirosmanişvili) sərgiləri keçirildi,
həyətdə ağac da əkdik, müxtəlif fəaliyyətlərimiz oldu. Yekun
tədbirdə siz bu uşaqların əl işlərini gördünüz. Məktəb və
ümumiyyətlə məktəb kollektivi üçüncü nəsil tədris planını məktəbdə
fəal olaraq həyata keçiririk. Demək istəyirəm ki, bizim şagirdlər
olmasa, bizin peşəmizin dəyəri olmazdı. Biz onlar üçün işləyirik,
çünki sabahkı Gürcüstanı kimə təhvil verdiyimizi bilməliyik. Siz
bunu gördünüz, bizim uşaqlar sabahkı Gürcüstandır. Ona görə də altı
saylı məktəbin rəhbərliyi ilə bərabər layiqli nəsil yetişdirmək
üçün gücümüzü əsirgəməyəcəyik”, - Nana Çubinidze
bildirdi.
Tədbirə gəlmiş qonaqlar öz təəssüratlarını bizimlə bölüşdülər. “Məktəb rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm,
xüsusilə də şagirdlərə. Çox maraqlıv və xoşagələn tədbirlər üçün
sağ olsunlar”, – Əli Qəhrəmanov bildirdi.
“Bugünkü təqdimatı çox bəyəndim. Məktəbə və bu tədbirdə
iştirak edən hər kəsə minnətdaram”, - Mamuka Şubitdze
bildirdi.
Şagirdlərin sözlərinə görə, onlar üçün fəaliyyətdə iştirak etmək
inkişaf və stimul vericidir.
“Bizim həyata keçirdiyimiz layihədə Niko Pirosmani
haqqında çox məlumatla tanış olduq. Nana Çubinidzenin rəhbərliyi
ilə çox maraqlı tədbir keçirildi. Bizə tədbirə qoşulmaq üçün şərait
yaradılmışdı”, - Səma İsmayılova bildirdi. “Olduqca vacib tədbir idi. Təxminən beş gün ərzində
hazırlaşırdıq. Bu tədbirə çox zəhmət çəkdik. Müəllimlərə,
rəhbərliyə və öz töhfəsini verən hər kəsə minnətdarlığımı
bildirirəm”, – Mariam Suxişvili bildirdi.
Tədbirdə yerli özünüidarə üzvləri, ictimai məktəblərin
rəhbərlikləri və digər dəvət olunmuş qonaqlar iştirak
edirdilər.