Bolnisi bələdiyyəsində gənclər büdcə təşəbbüsü ilə meriya və onun şurasına müraciət ediblər
17 noyabr tarixində Bolnisi Bələdiyyəsinin etnik azərbaycanlı icmasını təmsil edən gənclər büdcə təşəbbüsü ilə meriya və onun şurasına müraciət ediblər. Bu barədə məlumatı "Salam" platforması yayımlayıb. Platforma tərəfindən təqdim olunan müraciəti sizə təqdim edirik:

“Biz Bolnisi bələdiyyəsinin fəal gəncləri tərəfindən hazırlanmış layihə ideyalarını təqdim edirik. Bu ideyalara baxılması etnik azlıqların nümayəndələrinin Bolnisi bələdiyyəsində qərarların qəbulu prosesində iştirakının artırılmasını təmin edəcək və inteqrasiya prosesinə dəstək verəcək, eləcə də məktəbəqədər yaşlı uşaqlar üçün uşaq bağçasının əlçatanlığının artırılması.
  • Bolnisi Bələdiyyəsinin Meriyasında və Şurasında azlıqların dilində tərcümə resurslarının yaradılması;
  • Bolnisi Bələdiyyəsində uşaq bağçalarına əlçatanlığın artırılması (Talaveri (Faxralı), Kvemo-Bolnisi (Kəpənəkçi), Naxiduri (Arıxlı) və Darvaz icmalarında);
  • Bolnisi Bələdiyyəsinin meriyasında etnoslararası məsləhət şurasının yaradılması;
Zəhmət olmasa, bələdiyyənin 2023-cü il büdcəsinin hazırlanması prosesində iki təşəbbüs üçün lazım olan maliyyə resurslarını nəzərə alın”, – "Salam" platformasının paylaşımında yazılıb.

Qeyd edək ki, 15 noyabr tarixində Bolnisi bələdiyyəsinin Darvaz kəndində uşaq bağçası olmadığına görə bir qrub gənc petesiya toplayaraq yerli özünüidarə müraciət ediblər. Meriya 17 noyabr tarixində “Facebook” səhifəsində paylaşım edərək qeyd olunub ki, Darvaz kəndində də baxçanın tikilməsi nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google