17 noyabr tarixində Bolnisi Bələdiyyəsinin etnik azərbaycanlı
icmasını təmsil edən gənclər büdcə təşəbbüsü ilə meriya və onun
şurasına müraciət ediblər.
Bu barədə məlumatı "Salam" platforması yayımlayıb. Platforma
tərəfindən təqdim olunan müraciəti sizə təqdim edirik:
“Biz Bolnisi bələdiyyəsinin fəal gəncləri tərəfindən
hazırlanmış layihə ideyalarını təqdim edirik. Bu ideyalara
baxılması etnik azlıqların nümayəndələrinin Bolnisi bələdiyyəsində
qərarların qəbulu prosesində iştirakının artırılmasını təmin edəcək
və inteqrasiya prosesinə dəstək verəcək, eləcə də məktəbəqədər
yaşlı uşaqlar üçün uşaq bağçasının əlçatanlığının
artırılması.
- Bolnisi Bələdiyyəsinin Meriyasında və Şurasında
azlıqların dilində tərcümə resurslarının
yaradılması;
- Bolnisi Bələdiyyəsində uşaq bağçalarına
əlçatanlığın artırılması (Talaveri (Faxralı), Kvemo-Bolnisi
(Kəpənəkçi), Naxiduri (Arıxlı) və Darvaz
icmalarında);
- Bolnisi Bələdiyyəsinin meriyasında etnoslararası
məsləhət şurasının yaradılması;
Zəhmət olmasa, bələdiyyənin 2023-cü il büdcəsinin
hazırlanması prosesində iki təşəbbüs üçün lazım olan maliyyə
resurslarını nəzərə alın”, – "Salam" platformasının
paylaşımında yazılıb.
Qeyd edək ki, 15 noyabr tarixində Bolnisi bələdiyyəsinin Darvaz
kəndində uşaq bağçası olmadığına görə bir qrub gənc petesiya
toplayaraq yerli özünüidarə müraciət ediblər. Meriya 17 noyabr
tarixində “Facebook” səhifəsində paylaşım edərək qeyd olunub ki,
Darvaz kəndində də baxçanın tikilməsi nəzərdə tutulub.