Marneuli yerli özünüidarəsi beş məktəbdən şagirdlərin daşınmasına
iki ay ərzində 58 774 lari xərcləyib.
Marneuli meriyası və “Ekspress-Trans-2” MMC arasında bağlanmış
sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə şirkətə
şagirdlərin noyabr-dekabr aylarında daşınması tapşırığı
veribmiş.
“İctimai məktəb şagirdlərinin daşınması xidməti
əvvəlcədən təyin edilmiş istiqamətlərə əsasən texniki baxımdan
qaydasında olan, müvafiq həcm və saya uyğun olan nəqliyyat vasitəsi
ilə həyata keçirilməlidir. Daşınma zamanı şagirdlərin sağlamlığına
ziyan vuracaq hallar olmamalıdır. Eləcə də nəqliyyat vasitəsində
sanitar-gigiyenik normalar qorunmalıdır. Məktəb şagirdlərinin
daşınması elə həyata keçirilməlidir ki, heç bir şagird nəqliyyatda
yer olmadığına görə ayaq üstə durmamalıdır. Şagirdlərin məktəbə
aparılması dərs prosesi başlamazdan ən az 5 dəqiqə, ən çoxu 40
dəqiqə əvvəl həyata keçirilməlidir. Məktəbdən qayıtmaq isə dərs
prosesi başa çatdıqdan ən gec 40 dəqiqə sonra
olmalıdır”, – müqavilə tələbində yazılıb.
Şagirdlərin daşınması sonrakı 5 istiqamətdə həyata keçirilib:
- Ağməmmədli kəndindən Quşçu kəndinin keçmiş ictimai
məktəbinə
- Ağməmmədli kəndindən Qaçağan 1 saylı ictimai
məktəbinə
- Böyük Bəylər kənd ictimai məktəbindən Saimerlo ictimai
məktəbinə
- İmir ictimai məktəbindən Şulaveri kənd 2 saylı ictimai
məktəbinə
- Təzəkənd 2 saylı ictimai məktəbindən Sadaxlı 1 saylı
ictimai məktəbinə
- Kirovka ictimai məktəbindən Dəmyə-Görarxı ictimai
məktəbinə