Marneuli uşaq bağçalarında yeni il tətili nə zaman başlayacaq
Marneuli bələdiyyəsi miqyasında fəaliyyət göstərən uşaq bağçalarında yeni il tətili 30 dekabrdan başlayacaq.

Marneuli Uşaq Bağçaları Birliyindən “Marneuli” radiosuna bildirdilər ki, uşaq bağçalarında yeni il tətili iki həftə davam edəcək.

Təhsil müəssisələrində yeni il tətili 2023-cü ilin 15 yanvar tarixində başa çatacaq.

Marneuli bələdiyyəsində ümumilikdə 14 bağça fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google