Tbilisidə Namil Həsənovun kitabının təqdimatı keçirilib
Bu gün, 17 dekabr tarixində Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində Gürcüstan-Amerika Universitetinin gürcü dili filologiyası üzrə məzunu Namil Həsənovun “Azərbaycan dilində gürcü dilinə münasibətdə frazeoloji ifadələr” adlı ilk kitabının azərbaycandilli icmaya təqdimatı baş tutub.

Təqdimat mərasimində müəllimlər, gənclər və maraqlanan şəxslər iştirak ediblər.

Namil Həsənov iki il əvvəl universitetdə müəllimi tərəfindən ona verilən ev tapşırığını hazırladığı zaman azərbaycan və gürcü frazeologiyalarının bir-biri ilə olan əlaqələri ilə bağlı məlumat əldə edə bilməyib.

Bundan sonra o, çətinlik çəkdiyi mövzuda bir boşluq olduğunu düşünüb və bu boşluğu doldurmaq məqsədi ilə daha çox araşdırma aparıb, daha sonra topladığı məlumalardan kitab hazırlamaq qərarına gəlib.

Gənc filoloq deyir ki, kitabı yazmaqdan daha çox araşdırmalar aparmaqda çətinlik çəkib. Amma bütün çətinliklərə baxmayaraq o, öz istəyinə nail olub və arzu etdiyi kitabı gələcək nəsil üçün hazırlayıb.

Qeyd edək ki, kitabın ilk təqdimat mərasimi 1 dekabr tarixində Gürcüstan-Amerika Universitetində baş tutub.
Print