Tsalencixada bütün birinci sinif şagirdləri yemək üçün gündə 4 lari alacaqlar
Tsalencixada birinci sinif şagirdlərinin qida ilə təmin edilməsi proqramı başlayır. Qanunvericilik qəzetində dərc olunan məlumata görə, proqram fevralın 1-dən həyata keçiriləcək və bütün birinci sinif şagirdlərinə gün ərzində 4 lari yardım göstəriləcək.

Bundan əlavə, proqram ildə 180 günlük təhsil müddəti üçün nəzərdə tutulmuşdur.

“Proqrama əsasən, 1-ci sinif şagirdlərinə bank kartları veriləcək və onlar yalnız müəyyən qida obyektlərində və bazarlarda istifadə edə biləcəklər. Uşağın maraqlarına uyğun olaraq kartın istifadəsi müəyyən qədər məhduddur. Kart vasitəsilə bankomatdan pul çıxarmaq, həmçinin kartdan onlayn ödənişlər üçün istifadə etmək mümkün deyil. Kartın itirilməsi halında, valideyn və/və ya qanuni nümayəndə kartın bərpası ilə bağlı dərhal Tsalencixa bələdiyyəsinin meriyasına yazılı müraciət etməlidir”, - Tsalencixa Şəhər Şurasının qərarında qeyd edilir.

Birinci sinif şagirdlərinin qida ilə təminatının maliyyələşdirilməsi Tsalencixa bələdiyyəsinin büdcə ayırmaları çərçivəsində həyata keçirilir.

Mənbə: BPN
Print