Marneulidəki uşaq bağçaları üçün 9500 lari dəyərində un, yulaf və manna yarması alınacaq
Marneulidəki uşaq bağçaları üçün 9500 lari dəyərində un, yulaf və manna yarması alınacaq.

Marneuli Uşaq Bağçaları Birliyi buğda unu, qarğıdalı unu, yulaf və manna yarmasının alınması üçün 9500 lari xərcləməyi planlaşdırır. Tender sənədlərinə görə, Marneulidə fəaliyyət göstərən bütün uşaq bağçalarına məhsul alacaqlar.
  • Buğda unu 980 kq – yüksək keyfiyyətli, qablaşdırılmış zavod qaydası, etiket, hazırlanma və istifadə müddəti olan müvafiq işarə. Qablaşdırma və daşınma şəraiti Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
  • Qarğıdalı unu 560 kq – yüksək keyfiyyətli, ağ rəng, ələnmiş, quru, kif, nəm və zərərvericilərdən kənar. Orqanizm üçün təhlükəli kimyəvi elementlər, genetik cəhətdən dəyişdirilmiş orqanizmlər olmamalıdır. Müvafiq şəkildə qablaşdırılmış olmalıdır. Qablaşdırma və daşınma şəraiti Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş tələblərə cavab verməlidir.
  • Yulaf 350 kq – Hər bir təhvil verilmiş partiya bozumtul, krem rəngdən-sarımtıl rəngə qədər. Qoxusu – yüngül yulaf qoxusu. Kif, kənar qarışıqlar, orqanizm üçün təhlükəli kimyəvi elementlər, genetik cəhətdən dəyişdirilmiş orqanizmlər olmamalıdır. Bu sahədə mövcud olan standartlara və texniki normalara uyğun olmalıdır. Qablaşdırılmış və müvafiq şəkildə etiketləşdirilmiş 1,5 və ya 25 kq-lı qablaşdırma ilə. Təhvil verilmiş malın qalan istifadə vaxtı ümumi müddətin 50% olmalıdır. Qablaşdırma və daşınma şərtləri Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş tələblərə cavab verməlidir.
  • Manna yarması 616 kq – yüksək keyfiyyətli, qatqısız, nəm və kifsiz. Üyüdülmüş şəkildə qablarda, etiketli şəkildə, etiketdə hazırlanma və istifadə müddəti qeyd olunmalıdır. Qablaşdırma və daşınma şərtləri Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş tələblərə cavab verməlidir.
Qeyd etmək lazımdır ki, Marneuli Uşaq Bağçaları Birliyi eyni məhsulları sadələşdirilmiş qaydada, təcili zərurətdən nisbətən az miqdarda alıb və 2189 lari ödəyib. Bu un və yarma üçün elan edilən ilk tenderin baş tutmamasından sonra həyata keçirilib.

Yeni tenderlərdə bir şirkət iştirak edib və indiki mərhələdə onun seçim-qiymətləndirilməsi işləri aparılır.

Print Email
FaceBook Twitter Google