Birinci siniflərin qeydiyyatı 6 mart tarixində başlayacaq
Gürcüstan Elm və Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üçün birinci sinifə qeydiyyat vaxtını, şərtləri müəyyən edib.

Qeydiyyatın birinci mərhələsi 2023-cü ilin 6 mart tarixindən 20 mart tarixinə qədər olacaq. Məktəblərdə xüsusi təhsilə ehtiyac duyan uşaqlar qeydiyyatdan keçəcəklər. Birinci mərhələdə qeydiyyatdan keçməli olan uşaqların valideynləri istədikləri ictimai məktəbə ərizə ilə müraciət etməlidirlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarə Edilməsi İnformasiya Sistemində (EMIS) qeydiyyatdan keçirəcək.

Xüsusi təhsilə ehtiyac olmasının təsdiqlənməsi məqsədi ilə valideyn məktəbdə müvafiq müraciət formasını doldurur, bundan sonra uşaq komanda tərəfindən qiymətləndirilir, onun təhsil ehtiyacı müəyyən edilir. Xüsusi təhsilə ehtiyac olduğu təsdiqləndiyi halda məktəb müvafiq sənədlər əsasında uşağın qəbulunu təmin edir. Birinci mərhələdə, 2023-cü ilin 21 martından 28 aprelə qədərə qeydiyyatdan keçmiş uşaqların sənədlərinin təqdim olunması, qəbulu dövrüdür.

Xüsusi təhsilə ehtiyacı olan şagird olaraq hesab olunacaq uşaqlar:
  • Fiziki məhdudiyyət;
  • İntellektual inkişaf pozuntusu;
  • Təhsil qabiliyyətinin pozulması;
  • Sensor inkişafın pozulması (eşitmə və ya görmə);
  • Nitq inkişafının pozuntusu;
  • Davranış və emosional pozuntu;
  • Uzun müddətli xəstəxanaya yerləşdirmə ehtiyacı;
  • Onların milli kurrikulumun tələblərinə cavab verə bilməməsinə səbəb olan sosial amillərin təhsildə yaratdığı çətinliklər.
  • Autizm spektri.
Xüsusi təhsilə ehtiyac duyduğu təsdiqlənməyən uşaqların növbəti mərhələlərdə qeydiyyatdan keçmək imkanı olacaq.

II mərhələ - qeydiyyat 2 maydan 15 maya qədər mümkün olacaq. Birinci sinfə qeydiyyat ümumilikdə 4 mərhələdən ibarətdir.

Nazirlik valideynləri qeydiyyat müddəti və şərtlərlə diqqətlə tanış olmağa çağırır. Bu halda uşağı vaxtında və maneəsiz məktəbə qoya bilərlər.

Print Email
FaceBook Twitter Google