Özəl məktəbin şagirdləri Marneulidən sonra etiraz aksiyası keçirmək üçün Tbilisiyə gediblər
“Davit Ağmaşenebeli adına Məktəb-litseyin” şagirdləri və məktəb rəhbərliyi Mareulidən sonra etiraz aksiyası keçirmək üçün Tbilisiyə müraciət ediblər. Şagirdlər banerlərlə Gürcüstan Elm və Təhsil Nazirliyinin Milli Təhsil Keyfiyyət Mərkəzinə gediblər və məktəbin fəaliyyətini davam etdirməsini tələb ediblər.

1 mart tarixində, Marneuli Təhsil-Resurs Mərkəzinin qarşısında özəl məktəbin bağlanmasına görə, etiraz aksiyası keçirilib. Şagirdlər, valideynlər, müəllimlər və təhsil administrasiyası hesab edir ki, “Davit Ağmaşenebeli adına Məktəb-Litsey”-in avtorizasiyası ədalətsiz şəkildə ləğv olunub.

“Davit Ağmaşenebeli Məktəb-litseyi” 2010 ildə təsis edilib. Təsis olunduğu gündən məktəb Təhsil Keyfiyyətinin İnkişaf Mərkəzi tərəfindən həyata keçirilmiş avtorizasiya və monitorinqdən uğurla keçdi. Şura tərəfindən cari ilin 27 fevralında qəbul edilmiş qərar ədalətsiz, siyasi motivlidir. Davit Ağmaşenebeli Məktəb-Litseyinin tərkibində olan başqa məktəblərin ətrafında son beş il ərzində baş vermiş hadisələt prosesin siyasi xarakterli olduğunu təsdiq edir. 2016 ildən eyni yolla Dəmirəl adına özəl kollec, Batumi Məktəb-Litseyi, Nikoloq Tsereteli adına Beynəlxalq Məktəb və Şota Rustaveli adına məktəb-litseyin avtorizasiyası ləğv olundu”, - məktəbin direktor müavini Lamzira Xuntadze bildirir.

Özəl məktəbdə həyata keçirilmiş monitorinq zamanı aşkarlanan pozuntulara görə, təhsil prosesi 8 mart tarixində dayandırılacaq. Məktəbin direktor müavini qərarın ədalətsiz olduğunu hesab edir və “məktəbin bağlanmasının siyasi məsələ” olmasından şübhələnir. O, hesab edir ki, məktəbdə aparılan növbədənkənar monitorinq və ekspert qrupunun nəticədə qeyd etdiyi çatışmazlıqlar məktəbin fəaliyyətinin dayandırılmasına səbəb olmamalıdır.

"Marneuli" Radiosu
Print