ADA Universiteti Gürcüstan azərbaycanlıları üçün magistr təhsili almaq üçün geniş imkanlar yaradır
Azərbaycan Diplomatik Akademiyası (ADA Universiteti) Gürcüstan azərbaycanlıları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və Tədrisin Təşkili və Metodikası” üzrə magistr təhsili almaq üçün geniş imkanlar yaradır. Bu ixtisaslar hibrid formada - əyani və distant (daha çox onlayn) formada tədris ediləcək. Dərslərin böyük qismi onlayn olacaq, ona görə də işləyənlər üçün rahat və əlverişlidir. Proqramda Azərbaycan dili və Ədəbiyyat fənninin tədrisi də nəzərdə tutulur. Gürcüstan vətəndaşları təhsil haqqından azad olmaq üçün 100 faizlik qrantdan yararlana bilərlər, bunun üçün hər semestr ədədi orta bal (GPA) minimum 3 olmalıdır. Gürcüstan azərbaycanlıları imtahan vermədən, sənədləri (ərizə forması, CV, bakalavr diplomu, diploma əlavə, motivasiya məktubu, pasport) təqdim etməklə və müsahibədə iştirak etməklə qəbul ola bilərlər.

Son müraciət tarixi: 1 Aprel, 2023-cü il

Əlavə məlumat üçün əlaqə saxlayın: Mahnur Abbasova - CLOAKING və ya Aygül İsayeva – 577 10 54 10

Onlayn formada qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: ada.edu.az/apply

Müraciət edərkən nəzərə alın: (First time user account creation; Login; pin (6 rəqəm); Application type: Graduate Application INTL).

Print