Esse müsabiqəsi – Vətəndaş fəallığı və onun güclü vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyəti”
“Marneuli gəncləri üçün vətəndaş fəallığının təşviqi” layihəsi çərçivəsində “Vətəndaş fəallığı və onun güclü vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyəti” mövzusunda esse müsabiqəsi elan edilir.

Esse müsabiqəsində Marneuli bələdiyyəsində yaşayan 15-25 yaş arası istənilən gənc iştirak edə bilər.

Final mərhələsinə 10 esse keçəcək, onlardan isə ən yaxşı 3 esse seçiləcək. Müsabiqənin qalibləri “Biblus”-un 250 lari, 200 lari və 150 lari dəyərində hədiyyə kartları ilə mükafatlandırılacaqlar. Final mərhələsindən keçən bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. Qalib gələn esselər Marneulinin yerli mətbuatında dərc olunacaq.

Müsabiqənin texniki təfərrüatları:
  • - Esse gürcü və ya azərbaycan dilində hazırlanmalı, sitatlar və faktlar istifadə edildiyi təqdirdə mənbə qeyd olunmalıdır;
  • - Plagiat əlamətləri olduğu halda esse müsabiqədən kənarlaşdırılacaq;
  • - Şrift – “Sylfaen”, şrift ölçüsü -12, sətirlərarası məsafə - 1;
  • - Esse ən azı 500 sözdən ibarət olmalıdır;
  • - Müsabiqə materialına müəllifin məlumatları əlavə edilməlidir: ad, soyad, yaş, telefon nömrəsi və təhsil müəssisəsinın adı (mövcud olduğu halda)
Materialı göndərmək üçün son müddət – 2023-cü il, 20 mart.

Əsas qiymətləndirmə meyarları mövzuya uyğunluq və mövzunun başa düşülməsi, yazının orijinallığı və səlisliyi olacaq.

Esselər aşağıdakı e-poçt ünvanına göndərilməlidir: CLOAKING

E-poçtun mövzu hissəsində “İnşa müsabiqəsi” qeyd etməyiniz xahiş olunur. Əlavə suallarınız olarsa, göstərilən e-poçt ünvanına yaza bilərsiniz.

Müsabiqə Marneuli bələdiyyəsində vətəndaş fəallığının maarifləndirilməsi və gənclərin bu prosesə cəlb olunmasının artırılması məqsədi daşıyan “Marneuli gəncləri üçün vətəndaş fəallığının təşviqi” layihəsi çərçivəsində elan edilir.

Layihə Avropa İttifaqının maliyyəsi ilə CENN tərəfindən həyata keçirilən “Vətəndaş İştirakçılığı Proqramı” layihəsi çərçivəsində həyata keçirilir.

"Marneuli" Radiosu
Print