Marneuli bələdiyyəsində iki ictimai məktəbdə üç vakant yer var.
Məktəblərin vakansiya veb-səhifəsində yayımlanmış məlumata görə,
Marneuli şəhər 5 saylı ictimai məktəbi (müvəqqəti ştat) xüsusi
müəllim axtarır.
Həmin təhsil müəssisəsində xüsusi təhsilə ehtiyac duyan şagirdin
asistenti vəzifəsinə boş yer var. Vakansiyalar 14 mart tarixində
elan edilib və son müddət 24 martdır.
Xüsusi müəllim ştatına
namizəd sonrakı tələblərə uyğun olmalıdır:
- Magistr təhsil proqramını başa vurduqdan sonra
magistratura təhsili və ya ona bərabər akademik dərəcə (ümumi
təhsilə uyğun pillə fənn/fənnlərin tədris hüququnu qeyd etməklə)
olmalıdır. Xüsusi müəllim hazırlıq modulu və ya müəllimlərin
hazırlıq bakalavr-magistr təhsil proqramı çərçivəsində xüsusi
müəllim hazırlıq modulunu keçməlidir;
- Ən az milli tədris planı ilə nəzərdə tutulmuş
fənn/fənnlər qrupu istiqamətində bakalavr və ya ona bərabər
akademik dərəcə nəzərə alınmalıdır və xüsusi təhsil magistratura
proqramı keçməlidir;
- Ali təhsili təsdiq edən sənədə görə, xüsusi
müəllim/müəllim olaraq işləməyə başladıqdan 2 il müddətində xüsusi
müəllim peşə inkişafı təhsil proqramı və ya müəllimlərin hazırlıq
təhsil proqramının distant kursunu keçməlidir, Gürcüstan
qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq imtahan
verməlidir;
- Ali təhsili təsdiq edən sənədə görə, müəllimlik hüququ
olmalıdır və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq
imtahan verməlidir.
- Bakalavr və ya ona bərabər akademik dərəcə və xüsusi
təhsil magistratura proqramı keçməlidir.
- Xüsusi müəllim olaraq işləyir.
Xüsusi təhsiə ehtiyacı olan
şəxsin asistenti:
- Bakalavr akademik dərəcəsi və ya sonuncu kurs tələbəsi
olmalıdır;
- Ən az 6 aylıq iş və ya könüllülük təcrübəsi
olmalıdır;
- Fiziki imkanları məhdud, inkişaf pozuntusu haqqında
məlumatı olmalıdır. Asistentlik strategiyası və davranışların
idarəolunması məsələləri bacarığı olmalıdır.
Üstünlük veriləcək
şəxslər:
- Xüsusi təhsil ehtiyacı/fiziki imkanları olan şəxslərin
təhsili və ya qayğı göstərmə təcübəsi;
- İnklüziv təhsil məsələləri haqqında təlim-kursları
keçməlidir (müvafiq sertifikat təqdim etməlidir);
- İnklüziv təhsil sahəsində təcrübə
keçməlidir;
- Təhsil sistemində (məktəbəqədər təhsil müəssisəsi/peşə
təhsil müəssisəsi/məktəb) iş təcrübəsi;
- Psixoloq, müəllim, xüsusi müəllim, terapevt, sosial
işçi, tibbi təhsili olmalıdır;
5 saylı ictimai məktəbdən əlavə Kəpənəkçi kənd ictimai məktəbi də
xüsusi müəllim vakansiyası elan edib.
Məktəbdə xüsusi müəllim,
müəllimin peşə standartları ilə tətbiq edilmiş tələbləri və sonrakı
tələblərdən birini qane etməlidir:
- Magistratura təhsil proqramını başa vurduqdan sonra
magistratura təhsili və ya ona bərabər akademik dərəcə (ümumi
təhsilə uyğun pillə fənn/fənnlərin tədris hüququnu qeyd etməklə)
olmalıdır. Xüsusi müəllim hazırlıq modulu və ya müəllimlərin
hazırlıq bakalavr-magistr təhsil proqramı çərçivəsində xüsusi
müəllim hazırlıq modulunu keçməlidir;
- Ən az milli tədris planı ilə nəzərdə tutulmuş
fənn/fənnlər qrupu istiqamətində bakalavr və ya ona bərabər
akademik dərəcə nəzərə alınmalıdır və xüsusi təhsil magistratura
proqramı keçməlidir;
- Ali təhsili təsdiq edən sənədə görə, müəllimlik hüququ
olmalıdır və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq
imtahan verməlidir.
- Bakalavr və ya ona bərabər akademik dərəcə və xüsusi
təhsil magistratura proqramı keçməlidir.
- Fəaliyyət göstərən xüsusi müəllim “Ümumi təhsil
haqqında” Gürücstan qanunu ilə tətbiq edilmiş tələbləri,
qanunvericiliklə tətbiq edilmiş vaxt ərzində müvafiq imtahanı
vermək şərti ilə qane etməlidir.
- Xüsusi müəllim peşə inkişafı sxeminə minimum təcrübəçi
müəllim statusu ilə qoşulması müsbətdir.
Müsabiqədə iştirak etmək üçün son müddət 30 apreldir.