Marneulidə yerləşən “Amerika guşəsi” 16-25 yaş arası gəncləri “İcma
Səfirləri” qrant layihəsində iştirak etməyə dəvət edir.
Layihənin məqsədi təşəbbüs qrupları yaradacaq, icmanın/şəhərin
ictimai və ya sosial ehtiyaclarını öyrənəcək və yerli icmanın
inkişafına töhfə verəcək kiçik proqramlar/xidmətlər hazırlayacaq
gənc fəal vətəndaşları tapmaqdır.
“Amerika guşəsi”nin məlumatına görə, qeydiyyatdan keçmiş gənclər
layihənin yazılması və tədqiqat metodologiyası üzrə təlim
keçəcəklər ki, bu da onlara ehtiyacları/problemləri öyrənməyə və
müəyyən etməyə kömək edəcək.
Layihədə iştirak etmək üçün aprelin 10-dan gec olmayaraq onlayn
qeydiyyat formasını göndərmək lazımdır.
https://docs.google.com/…/1FAIpQLSevxaBbvaczCKMg0…/viewform…
Ən yaxşı layihə “Amerika guşəsi” ilə birlikdə maliyyələşdirilərək
həyata keçiriləcək.
Layihənin maliyyə dəstəkçisi ABŞ-ın Gürcüstandakı səfirliyidir.