Marneulidəki “Amerika guşəsi” qrant layihəsi elan edib
Marneulidə yerləşən “Amerika guşəsi” 16-25 yaş arası gəncləri “İcma Səfirləri” qrant layihəsində iştirak etməyə dəvət edir.

Layihənin məqsədi təşəbbüs qrupları yaradacaq, icmanın/şəhərin ictimai və ya sosial ehtiyaclarını öyrənəcək və yerli icmanın inkişafına töhfə verəcək kiçik proqramlar/xidmətlər hazırlayacaq gənc fəal vətəndaşları tapmaqdır.

“Amerika guşəsi”nin məlumatına görə, qeydiyyatdan keçmiş gənclər layihənin yazılması və tədqiqat metodologiyası üzrə təlim keçəcəklər ki, bu da onlara ehtiyacları/problemləri öyrənməyə və müəyyən etməyə kömək edəcək.

Layihədə iştirak etmək üçün aprelin 10-dan gec olmayaraq onlayn qeydiyyat formasını göndərmək lazımdır.

https://docs.google.com/…/1FAIpQLSevxaBbvaczCKMg0…/viewform…

Ən yaxşı layihə “Amerika guşəsi” ilə birlikdə maliyyələşdirilərək həyata keçiriləcək.

Layihənin maliyyə dəstəkçisi ABŞ-ın Gürcüstandakı səfirliyidir.

"Marneuli" Radiosu
Print