“Modus” kollecində ictimai məktəb direktorları ilə görüş keçirilib (FOTO)
20 aprel tarixində “Modus” kollecində Marneulinin müxtəlif ictimai məktəblərinin direktorları ilə görüş keçirilib. Görüşün əsas məqsədi ictimai məktəblərdə peşə təhsilinin inkişafına dəstək proqramının həyata keçirilməsidir.

Məlumata görə, kollecdə keçirilən görüşdə direktorları kurslarla və 8-ci, 9-cu sinif şagirdlərinə müxtəlif peşələrdə öz güclərini, bacarıqlarını sınamağa dəstək ola biləcək imkanlarla tanış ediblər.

Görüşü “Modus” kolecinin direktoru Nino Kavtaradze və Marneulidə kollecin administrasiya meneceri Mamed Mirzəyev keçirib.

Kolecdə məktəb şagirdləri üçün yaradılmış kurslarda aşağıdakı peşə sahələrini seçmək imkanı var:
  • Gips-karton konstruksiyasının quraşdırılması;
  • Santexnika sistemləri;
  • İnformasiya texnologiyaları IT;
  • Dərzilik;
  • Elektriklik.
Kollec tərəfindən məktəblərdə keçiriləcək proqramların müddəti 48 saatdan ibarətdir. Layihəyə qoşulan məktəblər proqramlara müvafiq avadanlıqlarla təmin olunacaqlar ki, bu da gələcəkdə məktəbin bazasında peşə təhsilini inkişaf etdirməyə kömək edəcək.

Kollecdə keçirilən görüşdə Marneuli ictimai məktəblərinin direktorları ilə yanaşı Marneuli Resurs Mərkəzin rəhbər şəxsləri də iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Modus” kolleci Kvemo Kartlidə yeganə dövlət peşə müəssisəsidir. Kollec Marneuli təhsil bazasına ilk tələbələri 2021-ci ilin 8 noyabr tarixində qəbul edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google