Polşanın dəstəyi ilə Marneuli şəhər 3 saylı uşaq bağçasında günəş
elektrik sisteminin quraşdırılması nəzərdə tutulur.
Marneulidə rəsmi səfərdə olan Polşanın Qmina Kobilinitsa şəhərinin
meri Leşek Kulinski 23 aprel tarixində 3 saylı bağçanı nəzərdən
keçirib. Marneuli yerli özünüidarəsi ənənəvi olaraq, “Marneuli”
radiosuna Polşa heyətinin səfəri barədə məlumat verməyib və görüşün
foto materialını sosial şəbəkədə yayımlayıblar.
“Heyət üzvləri bələdiyyənin rəhbər şəxsləri ilə
birlikdə 3 saylı uşaq bağçasının binasını nəzərdən keçiriblər və
günəş elektrik sisteminin quraşdırılması ilə əlaqədar texniki
məsələləri müzakirə ediblər.
Görüşdə Marneuli merinin müavinləri Zurab Panqani və Temur
Çubitidze, Bələdiyyə Məclisi sədrinin müavinləri Riçard Qiqani və
Rövşən İsgəndərov, Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur
Kərəmov, yerli özünüidarə nümyəndələri və dəvət edilmiş ekspertlər
iştirak ediblər”, - Marneuli meriyasının məlumatında
qeyd olunub.
Marneuli yerli özünüidarəsi Polşanın Qmina Kobilintsa şəhər merinin
səfəri üçün tərcüməçi xidmətini sadələşdirilmiş qaydada təmin edib.
Meriya bir gün ərzində tərcümə xidməti üçün İrina Sarkisovaya 637
lari 80 tetri ödəyib.
Marneuli bələdiyyəsi və Polşa Respublikasının Qmina Kobilintsa
şəhəri arasında 2017-ci ildən qarşılıqlı əməkdaşlıq memorandumu
qüvvədədir. Memorandum çərçivəsində bələdiyyələr müxtəlif sektorlar
istiqamətində əməkdaşlıq edirlər.