Marneulidə 12 mentor və 1 116 baş müəllim var
Bu il Marneuli məktəblərindən statuslarının artırılması üçün müraciət edən 152 müəllimdən 28-i status alıb. Onlardan 6-sı mentor, 6-sı aparıcı və 16-sı isə baş müəllim statusu qazanıb.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Xanəli Qəhrəmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ümumilikdə bələdiyyədə miqyasında 1 228 müəllimin statusu var və bu göstərici hər il artır.

Qəhrəmanovun dediyinə görə, hal-hazırda Marneuli məktəblərində 12 mentor, 100 aparıcı və 1116 baş müəllim statusu ilə işləyən müəllim var.

Marneuli ərazisində 74 ictimai məktəb fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin yanvar ayından dövlət məktəblərində işləyən müəllimlərin status əlavəsi 125 lari artırılıb. Pedaqoqların karyera inkişafı onların maaşına təsir göstərib. Baş müəllim aylıq əlavə olaraq 795 lari, aparıcı müəllim 1175 lari, mentor statusu olan müəllim isə 1475 lari alır.

Qeyd edək ki, gürcü dilli məktəb və sektorlarda təcrübəçi müəllim statusu ləğv olunub. Qeyri-gürcü dilli məktəblərdə isə təcrübəçi müəllimlərə baş müəllim statusunu almaq üçün 2023-cü ilin tədris ilinin sonuna kimi vaxt verilib. Əks təqdirdə məktəb, statusunu dəyişə bilməyən müəllimlərin vakant yerləri üçün, yeni tədris ilinin başlanmasına bir ay qalmış müəllim qəbulu elan etməlidir. Həmin vakant yerlərə baş, aparıcı və ya mentor statuslu müəllim gəlmədiyi halda məktəb statusu olmayan müəllimi statusu olan yeni kadr gələnə kimi müvəqqəti olaraq məktəbdə saxlaya bilər.


Print Email
FaceBook Twitter Google