Marneulili Edqar Mazmanyan "Global UGRAD"-ın finalçısı olub və Amerikada təhsil alacaq
Marneulili Edqar Mazmanyan Amerika səfirliyinin "Global UGRAD" mübadilə proqramının finalçısı olub və o, bakalavr pilləsinin bir semestri ərzində Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində təhsil alacaq. Mazmanyanın sözlərinə görə, yeni imkan onun üçün böyük motivasiyadır.

"Çox sevinirəm. Düşünürəm ki, bu proqram mənə ölkəmi və mədəniyyətimi təmsil etmək imkanı yaradacaq. Beynəlxalq təhsil və təcrübə qazanmaq şəraitim olacaq. Bu
peşəmdə mənə lazım olacaq və geri qayıtdıqdan sonra ictimaiyyət üçün bundan istifadə edəcəyəm. Eləcə də xaricdə dostlar və tanışlar qazancağam. Öz təcrübəmlə gənclərə motivasiya verəcəyəm ki, onlar da layihələrdə iştirak etsinlər, zəhmətlərinə mütləq qiymət veriləcək",
– Edqar Mazmanyan bildirir.

Edqar Mazmanyan İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Sosial və Siyasi Elmlər fakültəsinin beynəlxalq əlaqələr istiqaməti üzrə təhsil alır.

Print Email
FaceBook Twitter Google