Marneuli "Yay bağçasına" 28 uşaq qeydiyyatdan keçib
Marneulidə “Yay bağçası” 3 iyuldan fəaliyyətə başlayacaq. Bağça valideynləri işləyən uşaqlara bir ay ərzində xidmət göstərəcək.

27 iyuna olan göstəricilərə görə, “Yay bağçasına” 28 uşaq qeydiyyatdan keçib. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov Marneuli radiosu ilə söhbəti zamanı bildirdi ki, qeydiyyat ayın sonuna qədər davam edəcək. “Yay bağçası” Marneuli 1 saylı ictimai bağçasında fəaliyyət göstərəcək.

"Qeydiyyat ayın sonuna qədər davam edir. Ən çox 33 uşaq qəbul edə bilərik. Yay bağçasında 1 saylı bağçanın əməkdaşları işləyəcəklər. Bağçaya valideynlər işlədiyi halda qəbul olmaq mümkündür. Onlar iş yerindən arayış gətirməlidirlər və ərizə yazmalıdırlar",
– Kərəmov bildirir.

“Yay bağçaları” təcrübəsi Marneulidə illərdir, var. Ancaq 2020-ci ildə bağça pandemiyaya görə fəaliyyətini dayandırdı və 2023-cü ilə qədər fəaliyyətini bərpa edə bilmədi.

Print Email
FaceBook Twitter Google