Bu il Marneuli “Yay bağçasına” çox sayda uşaq qeydiyyatdan keçib
3 iyul tarixində, Marneuli “Yay bağçası” fəaliyyətə başlayıb. Bu il “Yay bağçasına” 43 uşaq qeydiyyatdan keçib. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, “Yay bağçasının” tarixində ən çox uşaq bu il qeydiyyatdan keçib. Birlik buna görə, bir əməkdaş da əlavə etməli olacaq. “Yay bağçası” Marneuli 1 saylı bağçasında, bir ay ərzində fəaliyyət göstərəcək.

“Ümumilikdə 43
uşaq qeydiyyatdan keçib. İlk iş günümüzə 26 uşaqla başladıq. Uşaqların sayı çox olduğuna görə bir əməkdaş əlavə etməyi düşünürük. Bir qrupdur, hazırda pedaqoq, bir dayə və bağça əməkdaşları işləyirlər. İndi müəllim köməkçisi əlavə etməyi düşünürük. 30-dan artıq uşağımız olmurdu, bu il tələb böyükdür”.

Marneuli “Yay bağçasında” qeydiyyat 14 iyunda başlayıb. Qeydiyyatın ilkin şərti valideynlərin işlədiklərinə dair arayış təqdim etməsidir.

“Yay bağçaları” təcrübəsi Marneulidə illərdir, var. Ancaq 2020-ci ildə bağça pandemiyaya görə, fəaliyyətini dayandırıb və 2023-cü il ilə qədər fəaliyyətini bərpa edə bilməyib.

Print Email
FaceBook Twitter Google