Qızılhacılı bağçasında işlərin başa çatdırılması üçün üçüncü dəfə tender elan olunub
Marneuli bələdiyyəsinin Qızılhacılı uşaq bağçasında qalan işlərin həyata keçirilməsi və bağçanın həyətinin abadlaşdırılması üçün üçüncü dəfə tender elan olunub.

May ayında elan edilmiş birinci tenderdə heç kim iştirak etməyib. İkinci tenderdə isə yalnız bir şirkət – “Hidrogas”-ın Gürcüstan filialı iştirak edib. Meriya texniki sənədlərə görə, həmin şirkəti tenderdən kənarlaşdırıb.

Marneuli meriyası Qızılhacılı bağçasının bərpasını 478
909 lariyə həyata keçirməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər 11-14 iyul tarixlərində öz təkliflərini təqdim edə bilərlər.

Sənədlərə əsasən, qeyd olunan vəsaitlə Qızılhacılı bağçasında dəmir hasar çəkilməsi və darvaza düzəldilməsi planlaşdırılır. Həyətdə kanal, bordürlər, dekorativ daşlarla cığırlar, yaşıllaşdırma və s. salınacaq.

Təxminən iki ildir ki, bağçanın təmir işləri aparılır. Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bağçanın yeni tədris ilində açılması planlaşdırılır.

Vəsaitin 24%-i mərkəzi büdcədən, 76% isə yerli özünüidarədən maliyyələşdirilir.

Print Email
FaceBook Twitter Google