Gələcək liderlərin mübadilə proqramı (FLEX) 2024-2025-ci akademik
ili üçün proqramda iştirak etmək istəyən şagirdlərin seçim
müsabiqəsinə 2023-cü ilin avqust ayında başlayacaq.
FLEX Gürcüstanlı yuxarı sinif şagirdlərinə bir il ərzində Amerika
məktəblərində təhsil almaq və amerikalı ailədə yaşamaq şəraiti
yaradır.
Gələcək liderlərin mübadilə proqramında iştirak etmək üçün
şagirdlər bir neçə tələbə cavab verməlidirlər:
- Ümumtəhsil müəssisəsinin 9-cu, 10-cu və ya 11-ci sinif
şagirdi olmalısınız.
- Doğum tarixiniz 2007-ci ilin 1 yanvarından 2009-cu ilin
16 iyuluna qədər olan dövrə təsadüf etməlidir.
- Son 5 il ərzində 3 ay və ya daha çox vaxt ərzində
ABŞ-da yaşamış olmamalısınız.
- Gürcüstan vətəndaşı olmalısınız.
- İngilis dilini bilməlisiniz.
“FLEX proqramında iştirak etmək üçün biz proqramın
tələblərinə cavab verən hər bir yuxarı sinif şagirdini, həmçinin,
fiziki imkanları məhdud şagirdləri dəvət edirik. Həmin şəxslər üçün
yaş və məktəb meyarları fərqlidir: 8-ci, 9-cu , 10-cu, 11-ci, 12-ci
sinif şagirdi və 2006-cı ilin 15 fevralından 2009-cu ilin 15
iyuluna qədər anadan olmalıdır”, – təşkilatın
məlumatında deyilir.
2024-2025-ci ilin proqram iştirakçılarının seçimi üç mərhələdən
ibarət olacaq. Hər üç mərhələni uğurla keçdikdə isə şagirdlər bir
il Amerikada yaşamaq və təhsil almaq imkanı qazanacaqlar.
“2024-2025-ci il üçün birinci və ikinci mərhələ 2023-cu
ilin payızında onlayn şəkildə keçiriləcək. Yarımfinal isə canlı
rejimdə keçiriləcək. Bu isə birbaşa müsahibə və sınaq imtahanını
nəzərdə tutur. İstəyi olanlar internetin əlçatan olduğu və ya
telefon/kompüterdən istifadə etmək imkanı olan hər hansı regiondan
seçim mərhələsində iştirak edə bilərlər”.
Birinci tur avqust ayında keçiriləcək, onlayn ərizə və üç esseni
əhatə edəcək. Bunlar müraciət başladıqdan 10 gün ərzində təhvil
verilməlidir. İştirak etmək üçün linkə daxil olun:
https://ais.americancouncils.org/flex
İkinci turda birinci mərhələni keçmiş iştirakçılar ingilis dilində
onlayn test yazacaqlar. Üçüncü, final mərhələsi birbaşa müsahibə, 2
essenin oxunması, ingilis dilindən gücləndirilmiş test və tam
applikasiyadan ibarətdir.
“2023-2024-cü akademik ili üçün FLEX proqramı çərçivəsində
finalçıların seçimi aparılır. Qaliblər üçün Amerikaya səfər və geri
qayıtmaq tam təmin olunacaq. Onlar aylıq təqaüd və sağlamlıqla
bağlı sığorta ilə də təmin ediləcəklər. ABŞ-da olan zaman
Gürcüstanlı şagirdlərin öz mədəniyyətlərini Amerikalılara tanıtmaq,
məktəbdə təhsil, ailədə yaşadıqları və müxtəlif tədbirlərdə iştirak
etmək yolu ilə Amerika mədəniyyəti ilə tanış olmaq imkanları
olacaq”, – təşkilatın məlumatında qeyd olunub.
Gələcək liderlərin mübadilə proqramı artıq 30 ildən artıqdır ki,
Gürcüstanlı şagirdlərə Amerika məktəblərində təhsil almaq şəraiti
yaradır.
Müsabiqənin üç pilləsini uğurla keçdikləri halda şagirdlər Amerika
Şurasının Gürcüstan ofisindən məlumat alacaqlar.