Marneulidə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilmiş üçillik layihənin yekun tədbiri baş tutub
25 iyul tarixində Marneulidə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilmiş “Bilik və bacarıqların inkişafı şəbəkəsi və platformaların gücləndirilməsi (LİNKS)” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirin məqsədi yerli icmanın üç il ərzində layihə çərçivəsində həyata keçirilmiş işlər və müvafiq nəticələr barədə məlumatlandırılması idi.

Kvemo Kartli regionunda fəaliyyət göstərən QHT-lər, dövlət qurumları, maarifləndirici xidmətlər göstərən və başqa maraqlanan təşkilatların layihənin
Kvemo Kartlidə keçirilmiş fəaliyyətləri haqqında məlumat almaq şəraiti var idi. Fəaliyyətlər bunlardır: Bilik və Bacarıqların İnkişafı (LİNKS) Mərkəzlərinin fəaliyyəti, səyyar xalq universiteti, gənclərin bilik və bacarıqlarının inkişafı məqsədi ilə keçirilmiş təlimlər, işlə təminata və sosial sahibkarlığa dəstək, yaranmış onlayn resurslar, maarifləndirici xidmət təminatçılarının gücləndirilməsi üçün həyata keçirilmiş tədbirlər, regional işçi qrupunun fəaliyyəti, işlə təminat forumları, əmək bazarının monitorinqi nəticəsində aşkarlanmış tendensiyalar.

“Bilik və bacarıqların inkişafı şəbəkəsi və platformaların gücləndirilməsi (LİNKS)” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə “İşlə təminat üçün təhsil” (skill4jobs) proqramı çərçivəsində, “Gürcüstanda BMT Assosiasiyası” (UNAG), “Gürcüstan Açıq Cəmiyyət Fondu” (OSGF) tərəfindən həyata keçirilir. Kvemo Kartli regionunda layihənin tərəfdaş təşkilatları “Yeni Düşüncə İnstitutu” və “Marneuli Demokrat Qadınlar Təşkilatıdır”.

Print Email
FaceBook Twitter Google