Bolnisili gənclərə Qafqaz münaqişələri barədə seminar keçirilib
Bu gün, 26 iyun tarixində, “Kvemo Kartli regionunda praktiki siyasət məktəbləri” layihəsi çərçivəsində Bolnisili gənclərə seminar keçirilib. Politoloq Paata Zakareişvili Bolnisili gənclərlə Qafqaz münaqişələri barəsində danışıb.

Layihəni həyata keçirən təşkilatlardan “Yeni Düşüncə İnstitutunun” həmtəsisçisi Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Kvemo Kartlidə praktiki məktəblər” layihəsi üç bələdiyyədə həyata keçirilir.

“Niderland səfirliyinin maliyyə dəstəyi və
bizim təşkilatın, “Qafqaz Evinin” təşkilatçılığı ilə Kvemo Kartlinin üç bələdiyyəsində – Bolnisi, Qardabani və Dmanisidə layihə həyata keçirilir. Hər bələdiyyədə 20-yə yaxın gənc layihəyə qoşulub və onlara müxtəlif mövzularda təlimlər keçirik. Artıq təşəbbüs qrupları yaratmışıq və sonra layihə çərçivəsində onların ideyalarını dəstəkləyəcəyik, kəndlərdə olan problemlərdən irəli gələrək layihələr həyata keçirəcəklər”,
– Kamran Əfəndiyev bildirdi.

Niderlandın Gürcüstandakı səfirliyinin missiya rəhbərinin müavini Mauris Pauluseni də Bolnisili gənclərlə görüşüb.

“Sevinirəm ki, bu gün Bolnisidəyəm və dəstəklədiyimiz layihələrdən birini nəzərdən keçirirəm. Bu layihə gənclərə öz icmalarının siyasi həyatına qoşulmaq üçün imkan və bacarıqlarının olmasına dəstək olur. Biz hesab edirik ki, yalnız Tbilisidə deyil, həm də bütün Gürcüstanda işləməyimiz mühümdür. Gürcüstanın bütün vətəndaşlarına, eləcə də fərqli etnik qrup nümayəndələrinə əlimiz çatsın. Oların proseslərdə birbaşa iştirak etmək imkanı olsun və öz icmaları üçün işləsinlər. Bu bizim öz töhfəmizi verməyə çalışdığımız işdir, amma biz hesab edirik ki, bu çox mühümdür”,
– Mauris Paulusen bildirir.

“Kvemo Kartli regionunda praktiki siyasət məktəbləri” layihəsi bir il ərzində davam edəcək. Layihə çərçivəsində kiçik qrant müsabiqəsi elan olunacaq. Layihələr vasitəsi ilə gənclər istədikləri layihəni həyata keçirəcəklər.

Print Email
FaceBook Twitter Google