Marneulinin iki məktəbində birinci sinif şagirdi olmayacaq
Marneuli bələdiyyəsinin Opreti və Tserakvi kənd məktəbində birinci sinif şagirdi olmayacaq. Bu haqda Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze məlumat verdi və qeyd etdi ki, bələdiyyə miqyasındakı təhsil müəssisələrinə ümumilikdə 1 723 birinci sinif şagirdi qeydiyyatdan keçib.

Birinci siniflərin qeydiyyatı hər il dörd mərhələ olaraq həyata keçirilir.

I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən
və ya qeydiyyatı dəyişdirmək istəyən şagirdlər IV mərhələdə - 17 iyuldan 28 iyula qədər məktəblərdə qalan boş yerlərə və ya əvvəlki mərhələdə boşalmış yerlərə qeydiyyatdan keçə bilərlər.

Şagirdin qeydiyyatını dördüncü mərəhlədə qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb həyata keçirir.

Print Email
FaceBook Twitter Google