Marneuli ictimai məktəblərində 1 723 nəfər birinci sinif şagirdi qeydiyyatdan keçib
Birinci sinif şagirdlərinin qeydiyyatı başa çatıb. Marneuli ictimai məktəblərinə 1 723 nəfər birinci sinif şagirdi qeydiyyatdan keçib. Bu barədə Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze məlumat verib. O, bildirib ki, bələdiyyə miqyasındakı yeni tədris ili üçün təhsil müəssisələrinə hər il ümumilikdə 2 000-ə yaxın birinci sinif şagirdi qeydiyyatdan keçir.

Bu il Marneulidə iki məktəbdə birinci
sinif olmayacaq. Marneuli bələdiyyəsinin Opreti və Tserakvi kənd məktəbində heç bir şagirdi qeydiyyatdan keçməyib.

Marneulidə ümumilikdə 74 məktəb var. Birinci siniflərin qeydiyyatı hər il dörd mərhələ olaraq həyata keçirilir.

I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatı dəyişdirmək istəyən şagirdlər IV mərhələdə - 17 iyuldan 28 iyula qədər məktəblərdə qalan boş yerlərə və ya əvvəlki mərhələdə boşalmış yerlərə qeydiyyatdan keçə bilərlər.

Şagirdin qeydiyyatını dördüncü mərəhlədə qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb həyata keçirir.

Print Email
FaceBook Twitter Google