Marneuli Kitabxanasından 7 ay ərzində oxumaq üçün 2 461 kitab götürülüb
Marneuli İctimai Kitabxanasının qeydiyyatdan keçmiş 2 990 nəfər oxucusu var. Kitabxananın rəhbəri Lana Xexelaşvilinin “Marneuli” radiosuna verdiyi məlumata görə, ən çox bədii janrda olan kitablara tələbat var.

Həmçinin, dil öyrənmək üçün kitablara da tələb çoxdur. İyul ayında isə ingilis dilli ədəbiyyata tələb artmışdı. 2023-cü ilin başlanğıcından iyul ayına qədər Marneuli Kitabxanasından ümumilikdə 2 461 kitab götürülüb.
  • Zaldan istifadə edənlərin sayı – 416 nəfər
  • Kompüterdən
    istifadə edənlərin sayı – 84 nəfər
  • Qeydiyyatdan keçmiş oxucu (2023-cü ilin başlanğıcından bu günə qədər) – 252 nəfər
Marneulidə Kitabxana 2017-ci ildə açılıb. Kitabxananın tikintisinə 669 000 laridən artıq pul xərclənib.

Print Email
FaceBook Twitter Google