Marneulinin 56 məktəbində direktor olaraq səlahiyyətləri icra edən şəxslər işləyəcək
Bu gün, 2 avqust tarixində məktəb direktorluğun namizədlər üçün söhbət mərhələsi başlayıb. İctimai məktəbin Qəyyumlar Şurasına təqdim etmək məqsədi ilə direktor olmaq istəyənlərin söhbət mərhələsi Kvemo Kartlidə 16 avqustdan başlayacaq. Marneuli bələdiyyəsinin 56 ictimai məktəbindən heç birində namizəd qeydiyyatdan keçməyib.

74 ictimai məktəbdən yanız 17 namizəd var, buradan 15 məktəbdən yalnız birinin direktoru var. Bu barədə
Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzinin rəhbəri Şalva Tabatadze bizə məlumat verdi. O, qeyd etdi ki, Marneulinin üç məktəbində iki ya daha çox namizəd var.

“Şulaveri 2 saylı ictimai məktəbinin 2, Marneuli 2 saylı məktəbinin 2, Tsereteli məktəbinin isə 3 namizədi var”, – Şalva Tabatadze qeyd edib.

Həmin təşkilat direktorluğa namizədlər üçün hazırlanmış bülleten yayımlayıb. Bülletendə oxuyuruq ki, ictimai məktəblərin 81,6 %-də hazırda aparılan direktorların seçim prosesi faktiki olaraq həyata keçirilməyəcək. 1 595 kənd və icma məktəblərindən 753 məktəbdə direktorluğa namizdə qeydiyyatdan keçməyib. Kənd və icma ictimai məktəblərinin ümumi sayının 10 %-də (1 595 məktəbdən 159 məktəbdə) müsabiqə keçiriləcək və müsabiqə əsasında məktəb direktorunun real seçilməsi mümkün olacaq.

Bir müddət direktor səlahiyyətlərini icra edən şəxs işlədiyi məktəblərdə rəqabət aşağıdır. Güman ki, buna onların yenidən seçilmək imkanının olması səbəb olub. Görünür belə məktəblərdə yeni namizədlər az rəqabətə giriblər.

Direktorların seçim prosesi nə dərəcədə realdır?
  • Məktəb direktorluğuna sertifikatll namizədlərin müsabiqə ilə müəyyən edilmiş hüquqları var. Onlar işləmək istədiyi ən az üç məktəbi seçə bilərlər. Məktəb namizəd tərəfindən seçilir. Məktəb direktorluğuna namizəd seçdiyi məktəbləri prioritetlərə uyğun olaraq (birinci, ikinci və üçüncü prioirtet) seçir.
  • Hər üç prioirtetli seçimin nəticələrini yekunlaşdırsaq aydın olar ki, 2 074 məktəbdən 798 məktəbdə heç bir sertifikatı olan namizəd qeydiyyatdan keçməyib (yəni məktəblərin 38,5 %-nin sertifikatlı direktoru olmayacaq).
  • 894 məktəbdə yalnız bir namizəd (məktəblərin ümumi sayının 43,1 %) qeydiyyatdan keçib. Bu rəqabəti və seçim imkanını ümumiyyətlə istisna edir.
  • Bu göstəricilərdən irəli gələrək, ictimai məktəblərin 81,6 %-də məktəb direktoru seçimləri faktiki olaraq həyata keçirilməyəcək və yalnız 382 məktəbdə məktəb direktorlarının seçimi üçün real müsabiqə (məktəblərin ümumi sayının yalnız 18,4%-də) aparılır.

 

Print Email
FaceBook Twitter Google