Marneuli meriyası 300 şagirdə çanta və dəftərxana ləvazimları paylayacaq
Marneuli yerli özünüidarəsi 2023-cü tədris ilinin gəlişi ilə bağlı bələdiyyədə yaşayan 300 uşağa məktəb çantası və dərs ləvazimatları paylayacaq.

Marneuli meriyası şagirdlər üçün 300 çantanın alınması üçün fərdi sahiblar Nukri Kldiaşvili ilə sadələşdirimiş qaydada müqavilə bağlayıb. Meriya Kldiaşviliyə məktəb çantaları üçün 9900 lari ödəyib.

Yerli özünüidarə məktəb/dərs/dəftərxana ləvazimatları almaq üçün 6534 lari dəyərində tender elan edib.
Tenderdə yalnız bir şirkət - GEOSM MMC iştirak edib və meriyaya 300 uşaq üçün dəftərxana ləvazimatlarını 4841 lariyə almağı təklif edib. İndiki mərhələdə meriya və şirkət arasında müqavilə hazırlanır.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, hər iki tenderin məqsədi Marneuli bələdiyyəsində yaşayan aztəminatlı çoxuşaqlı ailələrin uşaqlarına, eşitmə qüsurlu və fiziki imkanları məhdud şagirdlərə məktəb çantaları, dərs ləvazimatları paylamaqdır. 300 uşaq meriyadan hədiyyə olaraq çanta alacaq. Meriyadan bildirirlər ki, aztəminatlı çoxuşaqlı ailədə yaşayan və ya eşitmə qüsurlu, fiziki imkanları məhdud olan bütün siniflərin şagirdləri çanta alacaqlar.

Qeyd edək ki, 2023-cü tədris ili 15 sentyabrda başlayacaq.

Print Email
FaceBook Twitter Google