"Yeni Düşüncə İnstitutu" Bolnisi və Dmanisi bələdiyyələrində yaşayan gənclər üçün təlim proqramına qəbul elan edib
"Yeni Düşüncə İnstitutu" Bolnisi və Dmanisi bələdiyyələrində yaşayan gənclərin ictimai fəallığı və icma təşəbbüslərinin həyata keçirilməsi istiqamətində bacarıqlarını gücləndirilməsi məqsədi ilə təlim proqramına qəbuluna başlayıb. Təlimlərdə iştirak edəcək gənclər təlim proqramının sonunda "İcma Mərkəzlərinin" təsis edilməsi ilə bağlı təkliflərini təqdim etmək imkanı əldə edəcəklər.

Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "NTİ"ın təsisçilərindən Kamran Əfəndiyev verdi. Onun sözlərinə görə, təlimin sonunda "Yeni Düşüncə İnstitutu"nun dəstəyi ilə Bolnisi və Dmanisi bələdiyyələrində gənclər tərəfindən iki "İcma Mərkəzi" təsis ediləcək.

"Təlim proqramında və icma təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək istəyən gənclər aşağıda verilmiş meyarlara cavab verdikləri təqdirdə bizə müraciət edə bilərlər:
  • Yaş: 18-29
  • Vətəndaş fəaliyyətlərində az da olsa iştirak təcrübəsi;
  • Gürcü dilini danışıq səviyyəsində bilmək;
  • İcmanın ehtiyaclarını bilmək;
  • Yüksək məsuliyyət hissi;
  • Komandada işləmək bacarığı;
  • Müraciət üçün verilmiş anketi doldurmaq lazımdır: https://shorturl.at/gikoS
  • Əlavə olaraq CV-nizi qeyd olunan e-poçt ünvanına göndərməyiniz xahiş olunur: CLOAKING
  • Suallarınız olduğu təqdirdə isə verilmiş nömrələrlə əlaqə saxlaya bilərsiniz: 555 10 07 38, 577 27 80 90".

Qeyd edək ki, ilk öncə layihə çərçivəsində hər bələdiyyədən 10 iştirakçı seçiləcək. Seçilmiş gənclər sonrakı mərhələdə iki aylıq təlim kursu keçəcəklər.

Layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə, #LEAD "Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya" təşəbbüsü çərçivəsində həyata keçirilir.

Print Email
FaceBook Twitter Google