Marneuli bələdiyyəsinin uşaq bağçalarında 2023-2024-cü tədris ili
18 sentyabrda başlayacaq.
Bu barədə Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov
məlumat verib. O, qeyd edib ki, məktəblərdə tədrisin 15 sentyabrda
başlamasına baxmayaraq məktəbəqədər hazırlıq mərkəzləri 18
sentyabrda açılacaq. Marneuli bələdiyyəsi miqyasında indiki
mərhələdə yalnız 11 bağça işləyəcək. Bu isə qeydiyyatdan keçmiş 2
000-dən artıq uşaq üçün kifayət deyil. Uşaq Bağçaları Birliyinin
rəhbəri Zaur Kərəmovun sözlərinə görə, gələn ildən vəziyyətin
yaxşılaşmasını gözləyirlər. O zamana qədər üç yeni bağça
tikiləcək.
“Bir bağça açılmayıb (qaçıqnlar məntəqəsi) və düşünürük
ki, noyabr ayında açılacaq. Eləcə də güman ki, yanvar ayından
Qızılhacılı bağçası açılacaq. Uşaqların sayı artan yerlərdə
bağçalar bağlanıb və ona görə də say çoxdur. Onların əməkdaşları
əlavə qruplara əlavə müəllim və ya dayə olaraq keçirlər. Hər qrupda
dörd nəfər (dayə və pedaqoq). Marneulidə ümumilikdə 10 bağçanın
tikintisi planlaşdırılıb. Mən bildiyimə görə, bu il 3 bağça
tikilir, layihə sənədləri hazırlanır. Bir bağça Candar məktəbinin
yanında, biri Tseretelidə və biri də Şulaveridə
olacaq”.
Zaur Kərəmov bildirib ki, bağça problemini 3 yeni bağçanın
tikintisi həll etmir. Ancaq o, düşünür ki, 10 yeni məktəbəqədər
təhsil müəssisəsi olarsa problem aradan qalxar.
Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə ölkə miqyasında 885 uşaq
üçün nəzərdə tutulmuş bağçanın tikinti-bərpası həyata keçiriləcək.
Qeyd olunan proqram çərçivəsində Kvemo Kartli regionunda cari ildə
15 yeni bağçanın tikintisi və 8 bağçanın bərpasına
başlanılacaq.
Tikinti-bərpa işlərini Gürcüstanın Regional İnkişaf və
İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişaf Fondu həyata
keçirəcək. Qeyd edək ki, dövlət büdcəsindən Marneulidə 3 bağçanın
tikintisinə 10 milyondan çox pul ayrılıb.