Marneulidən neçə şagird ali təhsil müəssisəsinə qəbul olub
Marneuli bələdiyyəsi miqyasında 2023-cü ildə 1+4 proqramı ilə 406 tələbə, vahid milli imtahanlarla isə 106 tələbə universitetə qəbul olub. Marneuli Resurs Mərkəzin nümayəndəsi İrma Davadzenin "Marneuli" radiosunun "Mühüm detal" verilişində söhbəti zamanı bildirdiyinə görə, vahid milli imtahanlarla qəbul olmuş abituriyentlər arasında azərbaycanlı və erməni tələbələr də var.

"406 tələb 1+4 proqramı ilə, 106 tələbə isə vahid milli imtahanlarla qəbul olub. Onlardan ən yüksək 100%-lik maliyyələşdirməni Ana Asanidze qazanıb. Tekla Doqvadze və Luka Cacania isə 70%-lik maliyyəlışdirmə qazanıb. Eto Panqani və Anano Xarşiladze 50% maliyyələşdirmə əldə ediblər. Qalanları da çox böyük uğurla qəbul olub. Qeyd edim ki, 106 şagirddən, doğrudur gürcü məktəbi bitiriblər, amma vahid milli imtahanlarda 26 etnik azərbaycanlı, 6 etnik erməni şagird idi. Çox qürurvericidir ki, belə uğurla imtahan veriblər",
– İrma Davadze bildirib.

2023-cü ilin vahid milli imtahanları iyunda başlayıb. Milli imtahanları vermiş və təhsillərinə universitetdə davam etmək hüququ qazanmış tələbələrin siyahısı sentyabrın əvvəlində məlum olub.

Print Email
FaceBook Twitter Google