Borca görə statusu dayandırılan tələbələr borcları silinəcək - Qaribaşvili
Baş nazirin sözlərinə görə, statusu dayandırılmış 30 minə qədər tələbə 40 milyon lari borcundan azad ediləcək və istəsələr, statuslarını bərpa edə biləcəklər.

“Məlumatı soruşdum və nazirdən ətraflı eşitdim ki, 30 minə yaxın tələbə maliyyə borcuna görə təhsilini dayandırıb. Mənim qərarımla maliyyə borcuna görə təhsili dayandırılan bu tələbələrin hamısının borcları silinəcək. Onlar istəsələr, statuslarını bərpa edə biləcəklər. Bu, təxminən 40 milyon lari borcdur”, - Qaribaşvili bildirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google