Marneuli məktəblərinə 2078 nəfər birinci sinif şagirdi qeydiyyatdan keçib
Marneuli məktəblərinə 2078 nəfər birinci sinif şagirdi qeydiyyatdan keçib. İctimai məktəblərdə 2023-2024-cü tədris ili 15 sentyabrda başlayır. Marneuli Təhsil Resurs Mərkəzin nümayəndəsi İrma Davadzenin sözlərinə görə, təhsil müəssisələri tədris ilinin başlanmasına tam hazırdır. Birinci sinif şagirdlərinə veriləcək kompüterlər artıq məktəblərə aparılıb.

"Qeyd etmək istəyirəm ki, bütün məktəblər yeni tədris ilini hazırlıqlı şəkildə qarşılayır. Şagirdlərimizin yeni tədris ilini hazırlıqlı
qarşılaması üçün heyətimiz, pedaqoqlar, valideynlər prosesə qoşulmuşdular. Bələdiyyədə 9 məktəbin binası qəzalı vəziyyətdədir və həmin məktəbin şagirdləri qonşu məktəblərdə, ikinci növbədə təhsillərinə davam edəcəklər",
– İrma Davadze bildirib.

Marneuli miqyasında ümumilikdə 74 ictimai məktəb var. Bu il Tserakvi və Opreti məktəblərində birinci sinif olmayacaq. Təhsil Resurs Mərkəzindən verilən məlumata görə, indiki mərhələdə qeydiyyatdan keçmiş 2078 nəfər birinci sinif şagirdlərinin sayı dəyişə bilər.

Print Email
FaceBook Twitter Google