Çanaxçının yeni məktəbində üç nəfər birinci sinif şagirdi təhsil almağa başlayıb
Vaqonlarda keçən 20 ildən sonra Çanaxçı kənd ictimai məktəbinin yeni binası istifadəyə verilib. Müasir standartlara uyğun tikilmiş yeni məktəbdə 15 sentyabrda 3 şagird üçün ilk zəng çalınıb. Təhsil müəssisəsinin ümumilikdə 20 şagirdi var. Məktəbin direktoru Manana Manukyan deyir ki, bu gün onların çoxdankı arzuları həyata keçib.

“Yeni məktəb binası bizim şagirdlərin arzusu idi. 20 il idi, vaqonlarda təhsil alırdıq. Yeni məktəb müasir standartlara uyğundur. Hər şey yenidir, siniflər təchiz olunub, məktəb 60 şagird üçün nəzərdə tutulub. Təhsil prosesi üçün yaxşı şərait çox mühümdür. Uşaqlar tam təhsil alacaqlar. Hamını təbrik edirəm”, – Manana Manukyan deyir.

Marneulidə ümumilikdə 74 ictimai məktəb var. Birinci sinfə 2000-ə yaxın şagird qəbul olub. Bu il Tserakvi və Opreti məktəblərində birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib.

Print Email
FaceBook Twitter Google