“İcma səfirləri” layihəsi çərçivəsində “Ağməmmədli İcma Mərkəzi”nə texniki avadanlıqlar verilib
Marneulinin Amerika Guşəsinin həyata keçirdiyi “İcma səfirləri” layihəsi çərçivəsində “Ağməmmədli İcma Mərkəzi”nə kompüter, printer və proyektor verilib. Mərkəzin gəncləri “İcma səfirləri” qrant müsabiqəsində iştirak edərək, layihədə qalib olublar.

“Ağməmmədli İcma Mərkəzi”nin təsisçisi Zakir Ayvazlı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mərkəzin könüllüləri verilən avadanlıqlarla Ağməmmədli və ətraf kəndlərin sakinlərinə lazım olan sənədlərin hazırlanmasında pulsuz xidmət göstərə biləcəklər.

“Bizim mərkəzin gəncləri də layihədə iştirak etdilər və qalib oldular. "Təmənasız xidmət, icma üçün" ləyihəsini yazmışdılar. Layihənin əsas məqsədi icmaya pulsuz xidmət göstərməkdir. Əhaliyə lazım olan sənədlərin pulsuz çap edilməsi, hər hansı ərizə və sənədlərin hazırlanması, tərcümə edilməsi, internet xidmətləri və s. kimi xidmətlərin göstərilməsidir. Artıq sakinlərə daha yaxşı xidmət göstərə biləcəyik. Bundan əlavə lahihənin bir məqsədi də var, mərkəzmizin texniki bazasının təkimləşməsidir. Yəni mərkəzimiz kompüter, printer və proyektor təmin olundu. Bunlarla mərkəzmizdə daha çox işlər görə biləcəyik. Əhalimizə daha çox xidmət göstərəcəyik”.

Marneulinin Amerika Guşəsinin həyata keçirdiyi “İcma səfirləri” layihəsinin maliyyə dəstəyi ABŞ-ın Gürcüstandakı səfirliyidir.

Print Email
FaceBook Twitter Google