Bu il 10 müəllim 10 000 lari mükafat alacaq
Bu il 10 müəllim 10 000 lari mükafat alacaq. Bu barədə Təhsil Nazirliyinin hazırladığı “Gürcüstanın ümumi təhsil haqqında qanununa dəyişiklik edilməsi haqqında” layihədə bildirilir.

Məlumat üçün bildirək ki, hökumət müəllimin milli mükafatla təltif edilməsi prosedurunu hazırlayıb.

“Gürcüstanın Təhsil və Elm Nazirliyinin təqdimatı ilə müəllim eyni vaxtda pul mükafatı və eyni zamanda döş nişanı olan milli müəllim mükafatını alacaq. Təqdim olunan mükafat bir nəfər üçün - 10 000 lari məbləğində müəyyən edilir. 2023-cü ilə qədər 10 müəllim milli müəllim mükafatını alacaq.

Orta müddətli büdcə təxminən 3.600.000 laridir. 2023-cü il üçün büdcə 600 000 lari müəyyən edilib ki, bura 10 müəllimin milli mükafatları, döş nişanlarının hazırlanması xərcləri və Milli Müəllimlər Günü ilə bağlı tədbirlərin keçirilməsi xərcləri daxildir.

2024-cü ildən 2026-cı ilə qədər “Milli Müəllimlər Günü” proqramının illik büdcəsi 1.000.000 lari məbləğində müəyyən ediləcək ki, bu da müəllimlər üçün milli mükafat, döş nişanlarının hazırlanması xərcləri və müəllimlərə həsr olunmuş Milli Müəllimlər Günü tədbirlərinin keçirilməsi xərclərini əhatə edəcək”,
- qanun layihəsinin izahatında deyilir.

Bundan əlavə, qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, oktyabrın 27-si Milli Müəllimlər Günü kimi qeyd olunur.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google