Bu il 10 müəllim 10 000 lari mükafat alacaq.
Bu barədə Təhsil Nazirliyinin hazırladığı “Gürcüstanın ümumi təhsil
haqqında qanununa dəyişiklik edilməsi haqqında” layihədə
bildirilir.
Məlumat üçün bildirək ki, hökumət müəllimin milli mükafatla təltif
edilməsi prosedurunu hazırlayıb.
“Gürcüstanın Təhsil və Elm Nazirliyinin təqdimatı ilə
müəllim eyni vaxtda pul mükafatı və eyni zamanda döş nişanı olan
milli müəllim mükafatını alacaq. Təqdim olunan mükafat bir nəfər
üçün - 10 000 lari məbləğində müəyyən edilir. 2023-cü ilə qədər 10
müəllim milli müəllim mükafatını alacaq.
Orta müddətli büdcə təxminən 3.600.000 laridir. 2023-cü il üçün
büdcə 600 000 lari müəyyən edilib ki, bura 10 müəllimin milli
mükafatları, döş nişanlarının hazırlanması xərcləri və Milli
Müəllimlər Günü ilə bağlı tədbirlərin keçirilməsi xərcləri
daxildir.
2024-cü ildən 2026-cı ilə qədər “Milli Müəllimlər Günü” proqramının
illik büdcəsi 1.000.000 lari məbləğində müəyyən ediləcək ki, bu da
müəllimlər üçün milli mükafat, döş nişanlarının hazırlanması
xərcləri və müəllimlərə həsr olunmuş Milli Müəllimlər Günü
tədbirlərinin keçirilməsi xərclərini əhatə edəcək”, -
qanun layihəsinin izahatında deyilir.
Bundan əlavə, qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən,
oktyabrın 27-si Milli Müəllimlər Günü kimi qeyd olunur.