“Məktəblərdə peşə təhsili icbari olacaq və şagirdlər attestatla birlikdə müvafiq sənəd alacaqlar”
Yekun siniflərdə təhsil alanlar üçün peşə təhsili məcburi olacaq. Bu barədə təhsil naziri Qiorqi Amilaxvar məlumat verib.

Onun sözlərinə görə, şagirdlərə məktəb attestatı ilə yanaşı, peşə təhsili almaq haqqında müvafiq sənəd də veriləcək.

“Praktiki olaraq, biz inteqrativ proqramlar deyilən proqramları tətbiq etməklə, təbii ki, yuxarı siniflərdə peşə təhsilini ümumi təhsilin məcburi hissəsinə çevirmək istəyirik, çünki bu, artıq istənilən uşağa ümumi təhsil haqqında attestatla birlikdə peşə təhsil almaq imkanı verir”, - Qiorqi Amilaxvari “Rustavi 2”nin efirində deyib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google