Şagirdlərin Marneuli məktəblərinə daşınması məqsədi ilə tender təcili zərurətlə elan olunub
Marneuli meriyası təcili zərurətlə tender elan edib. Tender məktəblərdə şagirdlərin daşınmasını nəzərdə tutur. Yerli özünüidarə xidməti əldə etmək üçün büdcədən 139 500 lari nəzərə alınıb.

Meriyaya təcili zərurət tələbi ilə Resurs Mərkəzi yazıb. Mərkəz bildirir ki, “ictimai məktəbin şagirdlərin nəqliyyatla təmin edilməsi proqramı çərçivəsində” 2023-cü ilin sentyabr-dekabr ayında olan marşrutlar istiqamətlərin artırılmasına/ləğv edilməsinə ehtiyac duyurlar. Eləcə də şagirdlərin sayı artıb.

Marneuli bələdiyyəsi miqyasında şagirdlərin nəqliyyatla təmin edilməsini əvvəlki tenderdə “Time Servis” MMC həyata keçirməli idi. Ancaq meriyanın açıqlamasına görə, şirkət tenderə görə, bağlanmış müqavilənin dəyəri ilə yeni istiqamətin əlavə edilməsindən imtina edib.

“Marneuli Təhsil Resurs Mərkəzinin məlumatına görə, 2023-2024-cü tədris ilinin nəqliyyat xidməti cədvəlində dəyişiklik edilməlidir. Bildirmək istəyirik ki, Marneuli bələdiyyəsinin Algeti kənd 1 saylı məktəb binasını qəzalı vəziyyətdə olmasına görə, təhsil prosesı Marneuli 8 saylı ictimai məktəbində aparılırdı. Məktəblər arasında məsafə 9 km idi. Pedaqoq və valideynlərin narazılığı nəticəsində təhsil prosesi Marneuli bələdiyyəsinin Təzəkən 1 saylı məktəbində davam etdiriləcək. Məsafə 3 km-dir. Bərpa işlərinənin başlamasına görə, Marneuli bələdiyyəsinin Baydar kənd ictimai məktəbi də Marneuli bələdiyyəsinin Kürtlər ictimai məktəbinə keçirilməlidir. Marneuli bələdiyyəsinin Kosalı kəndinə birləşdirilmiş İkinci Kosalı ictimai məktəbinin şagirdləri Kosalının əsas məktəbinə köçürüləcəklər. Marneuinin ekomiqrantlar yaşayan Yağlıca məntəqəsinin şagirdləri, hər iki növbədə Marneuli 5 saylı ictimai məktəbinə gedirlər. Tsereteli məktəbinə Əzizkənddən ikinci növbə əlavə olunur. Marneuli bələdiyyəsinin Saimerli məktəbinin ikinci növbəsinə Dəmyə Görarxı reysi əlavə olunur”, – Resurs Mərkəzin məktubundan yazılıb.

Marneuli Resurs Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, tenderdə qalib şirkət müəyyən olunana qədər şagirdlərin nəqliyyatla təmin edilməsini onların tələbi əsasında əvvəlki illərdə işləyən sürücülər həyata keçirəcəklər.

Resurs Mərkəzin səlahiyyətləri icra edən Əli Qəhrəmanovun sözlərinə görə, şagirdlərin bir qismi öz vəsaiti ilə məktəbə gedir. Ancaq o, bildirir ki, vəziyyət 2-3 günə dəyişəcək və marşrutlar adi qrafikə qayıdacaqlar.

Print Email
FaceBook Twitter Google