Marneuli meriyası təcili zərurətlə tender elan edib. Tender
məktəblərdə şagirdlərin daşınmasını nəzərdə tutur.
Yerli özünüidarə xidməti əldə etmək üçün büdcədən 139 500 lari
nəzərə alınıb.
Meriyaya təcili zərurət tələbi ilə Resurs Mərkəzi yazıb. Mərkəz
bildirir ki, “ictimai məktəbin şagirdlərin nəqliyyatla təmin
edilməsi proqramı çərçivəsində” 2023-cü ilin sentyabr-dekabr ayında
olan marşrutlar istiqamətlərin artırılmasına/ləğv edilməsinə
ehtiyac duyurlar. Eləcə də
şagirdlərin sayı artıb.
Marneuli bələdiyyəsi miqyasında şagirdlərin nəqliyyatla təmin
edilməsini əvvəlki tenderdə “Time Servis” MMC həyata keçirməli idi.
Ancaq meriyanın açıqlamasına görə, şirkət tenderə görə, bağlanmış
müqavilənin dəyəri ilə yeni istiqamətin əlavə edilməsindən imtina
edib.
“Marneuli Təhsil Resurs Mərkəzinin məlumatına görə,
2023-2024-cü tədris ilinin nəqliyyat xidməti cədvəlində dəyişiklik
edilməlidir. Bildirmək istəyirik ki, Marneuli bələdiyyəsinin Algeti
kənd 1 saylı məktəb binasını qəzalı vəziyyətdə olmasına görə,
təhsil prosesı Marneuli 8 saylı ictimai məktəbində aparılırdı.
Məktəblər arasında məsafə 9 km idi. Pedaqoq və valideynlərin
narazılığı nəticəsində təhsil prosesi Marneuli bələdiyyəsinin
Təzəkən 1 saylı məktəbində davam etdiriləcək. Məsafə 3 km-dir.
Bərpa işlərinənin başlamasına görə, Marneuli bələdiyyəsinin Baydar
kənd ictimai məktəbi də Marneuli bələdiyyəsinin Kürtlər ictimai
məktəbinə keçirilməlidir. Marneuli bələdiyyəsinin Kosalı kəndinə
birləşdirilmiş İkinci Kosalı ictimai məktəbinin şagirdləri
Kosalının əsas məktəbinə köçürüləcəklər. Marneuinin ekomiqrantlar
yaşayan Yağlıca məntəqəsinin şagirdləri, hər iki növbədə Marneuli 5
saylı ictimai məktəbinə gedirlər. Tsereteli məktəbinə Əzizkənddən
ikinci növbə əlavə olunur. Marneuli bələdiyyəsinin Saimerli
məktəbinin ikinci növbəsinə Dəmyə Görarxı reysi əlavə
olunur”, – Resurs Mərkəzin məktubundan yazılıb.
Marneuli Resurs Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki,
tenderdə qalib şirkət müəyyən olunana qədər şagirdlərin nəqliyyatla
təmin edilməsini onların tələbi əsasında əvvəlki illərdə işləyən
sürücülər həyata keçirəcəklər.
Resurs Mərkəzin səlahiyyətləri icra edən Əli Qəhrəmanovun sözlərinə
görə, şagirdlərin bir qismi öz vəsaiti ilə məktəbə gedir. Ancaq o,
bildirir ki, vəziyyət 2-3 günə dəyişəcək və marşrutlar adi qrafikə
qayıdacaqlar.