Saimerlo bağçasına yeni rəhbər təyin edilib
Marneuli bələdiyyəsinin Saimerlo kəndini bağçasına yeni rəhbər təyin edilib. Bu barədə məlumatı Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov təsdiq edib. O, bildirib ki, Saimerlo bağçasına 20 sentyabrdan Lia Bakrdze rəhbərlik edəcək. Kərəmovun sözlərinə görə, Lia Bakrdzenin məktəbəqədər təhsil müəssisəsində və məktəbdə işləmək təcrübəsi var.

Birliyin rəhbərinin sözlərinə görə, Saimerlo bağçasında müvəqqəti olaraq səlahiyyətləri icra edən şəxs var idi. O, müvəqqəti olaraq təyin olunmuşdu.

"Vaxt başa çatdı və başqasını təyin etdik. Bugündən Saimerlo bağçasına Lia Bakradze rəhbərlik edəcək. O, əvvəl Tbilisi bağçasında müavin olaraq işləyib. Sonra isə Marneulinin 5 saylı məktəbində fizika müəllimi işləyib", – Kərəmov bildirib.

Saimerlo uşaq bağçasına 26 il ərzində Aza Xarşiladze rəhbərlik edirdi.

Print Email
FaceBook Twitter Google