Marneuli bələdiyyəsinin Saimerlo kəndini bağçasına yeni rəhbər
təyin edilib.
Bu barədə məlumatı Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur
Kərəmov təsdiq edib. O, bildirib ki, Saimerlo bağçasına 20
sentyabrdan Lia Bakrdze rəhbərlik edəcək. Kərəmovun sözlərinə görə,
Lia Bakrdzenin məktəbəqədər təhsil müəssisəsində və məktəbdə
işləmək təcrübəsi var.
Birliyin rəhbərinin sözlərinə görə, Saimerlo bağçasında müvəqqəti
olaraq səlahiyyətləri icra edən şəxs
var idi. O, müvəqqəti olaraq
təyin olunmuşdu.
"Vaxt başa çatdı və başqasını təyin etdik. Bugündən
Saimerlo bağçasına Lia Bakradze rəhbərlik edəcək. O, əvvəl Tbilisi
bağçasında müavin olaraq işləyib. Sonra isə Marneulinin 5 saylı
məktəbində fizika müəllimi işləyib", – Kərəmov
bildirib.
Saimerlo uşaq bağçasına 26 il ərzində Aza Xarşiladze rəhbərlik
edirdi.