Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş "Robotik" kompüter otağının açılışı olub (FOTO)
19 sentyabr tarixində Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə "TİKA"nın dəstəyi ilə yeni və yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş "Robotik" kompüter otağının açılışı olub.

Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) vitse-prezidenti Ümit Naci Yorulmaz, Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, "TİKA"nın Gürcüstan Nümayəndəliyinin rəhbəri xanım Tuba Özütok, və digər bir sıra rəsmi qonaqlar iştirak ediblər. Rəmzi lenti kəsən rəsmilər daha sonra “Robotik” kompüter otağına baxış keçirib burada yaradılan şəraitlə yaxından tanış olublar.

Rəmzi lenti kəsən rəsmilər daha sonra “Robotik” kompüter otağına baxış keçirib burada yaradılan şəraitlə yaxından tanış olublar.

“Azərbaycan Evi”ndə qonaqları salmlayan Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev Azərbaycanın Qarabağ bölgəsində erməni diversantlarının təxribatı nəticəsində həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra, bildirib ki, Azərbaycan Gürcüstan və Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyi bölgədə sülhə, əmin-amanlığa, təhsilə və inkişafa hesablanıb. Ə. Abdullayev bildirib ki, “biz birlikdə güclüyük” devizi ilə bütün dünya ölkələrində fəaliyyət göstərən “Azərbaycan Evi”ləri həm də Türk Evləri kimi fəaliyyət göstərir. “Azərbaycan Evi”ndə bu cür texnoloji kompüter otağının qurulmasına görə Türkiyə dövlətinə və TİKA rəhbərliyinə təşəkkürnü bildirib.

Sonra çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) vitse-prezidenti Ümit Naci Yorulmaz bildirib ki, dünyanın bir çox ölkələrində TİKA tərəfindən böyük layihələr icra edilir. Bu layihələrin məqsədi sosial, təhsil və elm sahəsində inkişafa nail olmaqdır. Gürcüstanda da bir çox layihələrimiz icra olunub. Bu gün açılışını etdiyimiz robortik kompüter otağı bölgədə yaşayan qardaş azərbaycanlılarımızın həyatında bilik və bacarıqlarının artırılmasına yönəlib. Bundan sonra da “Azərbaycan Evi” ilə bir sıra layihələr nəzərdən keçiririk.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Heydər Əliyevin tarixi kəlamı “tək millət, iki dövlət” şüarı ilə bu gün xalqlarmızın birliyi və qardaşlığı bir nümunəyə çevrilib. XXI əsrin kompüter əsri olduğunu və yeniyetmələrin bu sahədə yeni biliklər əldə etmələrinin vacib olduğunu bildirib. Gürcüstanda yaşayan Azərbaycanlılara bu cür dəstəyin göstərilməsi bizim qardaşlığımızın bariz nümunəsidir. Səfir F. Quliyev onu da bildirib ki, Azərbaycan Gürcüstan dostluğu, qardaşlığı bölgədə bir nümunədir. Marneulidə yerləşən “Azərbaycan Evi”ndə TİKA tərəfindən qurulan “robotik kompüter” otağı bölgədə yaşayan azərbaycanlı gənclərin komputer elmini dərindən yiyələnməsi üçün bir vasitə olacağına əminlik ifadə edib.

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay çıxışında bildirib ki, Türkiyə dövləti olaraq biz harada Azərbaycanlı qardaşlarımız yaşayırsa biz onları güclü, təhsilli və ictimai həyatda fəal görmək istəyrik. TİKA tərəfindən “Azərbaycan Evi”ndə qurulan yeni standartlara cavab verən kompüter otağı da məhz bizim Azərbaycanlı balalarmızın texnoloji sahəsində elmlərinin inkişafına hesablanıb.

Sonra çıxış edən Marneuli Meri Kənan Ömərov Azərbaycan dövlətinə təşəkkürnü bildirib ki, bu cür möhtəşəm bina məhz Marneulinin mərkəzində tikilib və istifadəyə verilib. Mer qeyd edib ki, Azərbaycanlı gənclərin təhsil sahəsində elmi bacarıqlarının artırlmasında, “Azərbaycan Evi” mühüm rol oyanyır. K. Ömərov Türkiyə dövlətinə və TİKA rəhbərliyinə də dərin minnətdarlıq ifadəsi bildirib ki, Marneulidə bu cür möhtəşəm “robotik kompüter” otağının istifadəyə verilməsi, Marneulili gənclərin texnologiya sahəsində daha da bilik və bacarıqlarının artamsında xüsusi rol oynayacaq.

Qonaqlara məlumat verən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov bildirib ki, “Robotik” kompüter otağı TİKA-nın maliyyə yardımı ilə tam texnoloji avadanlıqla təmin olunub. Sözügedən “Robotik” kompüter otağında hər mərhələdə 50-dən artıq gənc informasiya kommunikasiya texnologiyaları üzrə biliglər əldə edəcəklər.

Sonra qonaqlar "Azərbaycan Evi"nin rəhbərliyinə və "TİKA"ya yaradılan şəraitə görə təşəkkür edib, uğurlar diləyiblər.

Qeyd edək ki, qonaqlar daha sonra binada yaradılan şəraitlə yaxından tanış olub, sonda xatirə şəkili çəkdiriblər.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google