Qaraçöpdən olan gənc rəssamın fərdi sərgisi keçirilib (FOTO)
11 dekabr tarixində Tbilisidə gənc həvəskar rəssam, əslən Qaraçöp mahalından olan Afət Kazımovanın fərdi sərgisi keçirilib. Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə müəllimlər, gənclər, məktəb şagirdləri, QHT nümayəndələri və maraqlanan şəxslər iştirak ediblər.

Gənc rəssamın "Marneuli" radiosuna verdiyi məlumata görə, sərgi onun üçün yaddaqalan olub.

"Sərgi tam istədiyim kimi oldu. Çox maraqlı keçdi. Gələn qonaqlarımızla rəsmlərim barədə söhbətimiz oldu. Çox maraqlı idi. İştirakçılar rəsmlərimi çox bəyəndilər. Rəsmlərimi çox sevdilər. Sərgidə tanımadığım insanlarla tanış oldum və bu da mənim üçün yaxşı bir xatirə oldu".

Gənc rəssam həm təhsil alır, həm işləyir, həm də öz sevdiyi rəsmlərini çəkir. Onun sözlərinə görə, bu onun artıq ikinci sərgisidir. İlk sərgisi Qaraçöpdə baş tutub. Kazımovanın dediyinə görə, onların kəndində bu günə qədər rəsm sərgi keçirilməyib. Buna görə də o, ilk addımı atmaq istəyib. Onun dediyinə görə, o, bu günə qədər rəsm sahəsində heç kimdən dərs almayıb və müstəqil şəkildə öyrənib.

Gənc rəssamın sözlərinə görə, sərgidə bir neçə mövzudan ibarət əsərlər nümayiş etdirilib.

"Rəsmlərim natürmort, peyzaj, portret, 3D və s. ibarətdir. Çəkdiyim rəsmlər bir mövzudan deyil, hər bir mövzudandır".

Afət Kazımova onu da bildirdi ki, gələcəkdə yeni sərgisini keçirməyi də planlaşdırır.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google